Icma.az
close
up
RU
Böyüksüz olmasın bircə ocaq da...

Böyüksüz olmasın bircə ocaq da...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

Ahıllar cəmiyyətin sərvətidir. Onlar daim diqqət və qayğı ilə əhatə olunmalıdır. Hər il 1 oktyabr dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən bu günün əsas məqsədi yaşlı nəslin cəmiyyətdəki rolunu vurğulamaq, onların hüquqlarını təmin etmək və sosial rifahını yaxşılaşdırmaqdır. Ahılların zəngin təcrübəsi, biliyi və dünyagörüşü cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.

Beynəlxalq statistika göstərir ki, dünya əhalisinin qocalma tempi sürətlənir. Hazırda 60 yaşdan yuxarı insanların sayı 1 milyarddan çoxdur və BMT-nin proqnozlarına görə, 2050-ci ildə bu göstərici 2 milyarda yaxınlaşacaq. Qlobal miqyasda pensiya təminatı, tibbi və sosial xidmətlər sistemli şəkildə inkişaf etdirilir. Avropada hər dörd nəfərdən biri 65 yaşdan yuxarıdır. Yaponiyada isə bu göstərici əhalinin 28 faizini təşkil etməklə dünyada ən yüksək həddə çatır.

Azərbaycanda da yaşlı nəslin sosial müdafiəsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ahılların rifahını yaxşılaşdırmaq, onların sağlamlığını, ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi daşıyır.

Hüquq elmləri doktoru, professor, Əməkdar müəllim, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İbrahim Quliyev ahıllara münasibət və mövcud problemlər barədə fikirlərini bölüşdü:

– Bütün dövrlərdə ahıllar cəmiyyətin diqqət mərkəzində olub. Azərbaycanda bu, xalqımızın adət-ənənələrindən və milli mentalitetindən qaynaqlanır. Hər zaman ağsaqqallara böyük hörmət və ehtiram göstərilib, bu gün də həmin ənənə davam edir. Hesab edirəm ki, xüsusilə gənclərin ahıllara diqqəti və ehtiramı daha da güclənməlidir.

Ümummilli lider Heydər Əliyev həmişə ahılların sosial müdafiəsini dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən edib. Bu gün də onun layiqli davamçısı, Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Pensiyaların artırılması, sosial müdafiə tədbirləri və qanunvericilik bazasının möhkəmləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Əlbəttə, aidiyyəti qurumlar, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəni daim diqqətdə saxlamalıdır.

Ölkəmizdə mövcud ahıllar evlərində müəyyən çatışmazlıqlar olsa da, ümumilikdə yaxşı şərait yaradılıb. Lakin təkcə sosial qayğı kifayət deyil. Ahılların cəmiyyətə inteqrasiyası, onların zəngin həyat təcrübəsindən gənc nəslin formalaşmasında istifadə olunması vacibdir.

Regionlarda da ahıllar evlərinin açılması çox önəmlidir. Çünki bazar münasibətləri şəraitində bəzən ailə dəyərlərinə biganə yanaşılır, övladlar valideynlərinə qarşı laqeydlik göstərirlər. Belə şəraitdə regionlarda ahıllara dövlət dəstəyi daha da gücləndirilməlidir.

Ahıllara göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün yeni yanaşmalara ehtiyac var. Bu zaman beynəlxalq təcrübədən istifadə də faydalı ola bilər. BMT-nin təsis etdiyi Beynəlxalq Ahıllar Günü də məhz diqqəti bu sahəyə yönəltmək məqsədi daşıyır. Azərbaycan həmin proqramlara qoşulub və üzərinə düşən öhdəlikləri daim yerinə yetirib.

Fikrimcə, təhsil müəssisələrində ahılların keçdiyi həyat yolundan, onların təcrübəsindən gənclərin formalaşması üçün geniş istifadə olunmalıdır. Təəssüf ki, bu istiqamətdə işlər hələ istənilən səviyyədə aparılmır. Halbuki bu, gələcək nəsillərin sağlam yetişməsi üçün çox vacibdir.

Ahıllara diqqət və qayğı həm mənəvi borc, həm də sosial məsuliyyətdir. Müdriklərimiz demiş: “Böyüksüz olmasın bircə ocaq da”.

Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri