Icma.az
close
up
RU
Heç bir ocaq böyüksüz olmasın

Heç bir ocaq böyüksüz olmasın

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, eləcə də Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

İnsan ömrünün hər mərhələsinin öz gözəlliyi, öz məsuliyyəti və öz mənası var. Uşaqlıq saf duyğuların, gənclik arzuların, yetkinlik zəhmətin və yaradıcılığın, ahıllıq isə həyat təcrübəsinin, müdrikliyin, keçmişə nəzər salaraq gələcəyə yol göstərməyin çağırıdır. Məhz buna görə

1 Oktyabr Beynəlxalq Ahıllar Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün cəmiyyətə mühüm bir sualı xatırladır: Biz yaşlı insanlara necə münasibət göstəririk?

Ahıllıq təbiətin dəyişməz qanunudur. İnsan illər keçdikcə fiziki baxımdan əvvəlki gücünü itirsə də, onun həyat təcrübəsi, dünyagörüşü, xatirələri və mənəvi zənginliyi azalmır. Əksinə, onun uzun illər ərzində qazandığı təcrübə ailə, cəmiyyət və gələcək nəsillər üçün qiymətli sərvətdir.

Bu baxımdan ahıl insanlar sosial müdafiəyə ehtiyacı olan şəxslər, həm də cəmiyyətin canlı yaddaşıdır. Bu gün texnologiyanın sürətlə dəyişdiyi, həyat ritminin getdikcə intensivləşdiyi bir zamanda nənə və babaların söylədiyi bir xatirə, ata-anaların həyat dərsi bəzən heç bir kitabda yazılmayan həqiqətləri bizə çatdırır.

Müasir dünyada uzunömürlülüyün artması cəmiyyət qarşısında yeni sosial məsələlər də yaradır. Ahıl insanların sağlamlığı, sosial təminatı, asudə vaxtının təşkili, ictimai həyata inteqrasiyası və tənhalığın qarşısının alınması yalnız dövlət qurumlarının deyil, ailənin və bütövlükdə, cəmiyyətin diqqətində olmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumata görə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilirlər. Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasında ahıl şəxslərin sosial təminat sistemi ilə əhatə olunması, onların rifahının təminatı mühüm yer tutur. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın sosial sahəyə xüsusi diqqət və qayğısı əhalinin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına zəmin yaradır.

Ahıl şəxslərin rifahında önəmli yer tutan pensiya təminatı sistemi daim gücləndirilir. 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum və orta aylıq pensiyada 3 dəfəyədək artıma nail olunub. Hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması da təmin edilir.

Son illərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla bağlı “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihə də icra olunub. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər reallaşdırılıb.

Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla bağlı humanitar məqsədli tədbirlər keçirilir. Hazırda həmin müəssisədə 210 nəfər ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb.

Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən tənha ahıl şəxslərə evlərində sosial xidmətlər göstərilir və hazırda 3600-dək tənha ahıl bu xidmətlərlə təmin olunur. Agentliyin sosial sifarişləri əsasında Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Lənkəran, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində isə 200 nəfər ahıla sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Ahıl şəxslərə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində iş mütəmadi davam etdirilir.

Təcrübə göstərir ki, ahıl insanın ən böyük ehtiyaclarından biri də diqqət və ünsiyyətdir. Bəzən bir telefon zəngi, çay süfrəsi arxasında edilən söhbət, birlikdə keçirilən zaman onun üçün böyük mənəvi dayaq ola bilər. Sürətli həyat tempində isə ailə üzvləri bu sadə ehtiyacları görməməzliyə vura bilirlər. Ona görə də Ahıllar Gününün əsas mesajlarından biri yalnız “yaşlılara qayğı göstərmək” deyil, onları həyatımızın fəal və dəyərli iştirakçıları kimi qəbul etməkdir.

Cəmiyyətin sağlamlığı müəyyən mənada nəsillər arasındakı münasibətlərdən də asılıdır. Gənclər gələcəyə baxır, ahıllar isə keçmişdən gələn təcrübəni daşıyırlar. Bu iki baxış bir-birini tamamladıqda nəsillər arasında mənəvi körpü yaranır. Ahıl insanların həyat hekayələri gənclər üçün yalnız xatirə deyil, həm də həyat məktəbidir. Onlar çətinliklərin öhdəsindən necə gəldiklərini, hansı səhvləri etdiklərini, hansı dəyərləri qoruduqlarını danışmaqla gələcək nəslə yol göstərə bilərlər. Eyni zamanda gənclərin də ahıllara verə biləcəyi çox şey var. Yeni texnologiyalardan istifadəni öyrətmək, rəqəmsal dünyaya uyğunlaşmağa kömək etmək, gündəlik işlərdə dəstək olmaq və ən əsası, onlarla ünsiyyət qurmaq nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Ahılların sosial həyata cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Mədəni tədbirlər, yaradıcılıq və maarifləndirici proqramlar, ictimai fəaliyyətlər, müxtəlif nəsillərin bir araya gəldiyi layihələr yaşlı insanların özlərini cəmiyyətin bir parçası kimi hiss etməsinə imkan yaradır. Əslində cəmiyyətin inkişaf səviyyəsini yalnız iqtisadi göstəricilərlə ölçmək kifayət deyil. Cəmiyyət özünün ən həssas üzvlərinə necə münasibət göstərirsə, onun humanist dəyərləri də bir o qədər aydın görünür.

Bu gün sahib olduğumuz bir çox dəyərin, ailə ənənəsinin, peşə və sənət biliklərinin formalaşmasında yaşlı nəslin böyük rolu var. Bu baxımdan ahıl insanlara hörmət sadəcə yaşa deyil, əməyə, zəhmətə, həyat təcrübəsinə və insan ləyaqətinə hörmətdir. İnsanın cəmiyyətə verdiyi töhfə təqaüdə çıxmaqla bitmir. Hər yaşın öz imkanları, öz sözü və öz dəyəri var.

Bəlkə də Ahıllar Gününün ən böyük mənası da elə budur. Bu gün bizi bir gün yaşlanacağımızı düşünməyə deyil, yaşlanmağın insan həyatının təbii və ləyaqətli mərhələsi olduğunu qəbul etməyə çağırır. Çünki bu gün qayğı göstərdiyimiz ahıl insan dünənin qurucusudur. Sabah isə bugünkü gənclər həmin yaşa çatacaqlar. Odur ki, ahıllara münasibət əslində gələcəyə münasibətimizdir. Onların yanında olmaq, sözlərinə qulaq asmaq, hüquq və azadlıqlarına hörmət etmək yalnız bir gün deyil, hər gün yaşadılmalı olan mənəvi borcdur.

Bu gün ölkəmizdə də yaşlı nəslin şərəfinə ayrılmış gün qədirbilənliklə yaşanır. Xalqımız öz ağsaqqal-ağbirçəklərini həmişə məclislərin başında əyləşdirir. Dualarımızın sırasında biri də yaşlı nəsil barədədir: “Heç bir ocaq böyüksüz olmasın”.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri