Icma.az
close
up
RU
Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?

Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Limfa düyünləri - bədən boyunca yerləşən kiçik, lakin çox vacib immun sistem orqanlarıdır. Onlar virusları, bakteriyaları və xərçəng hüceyrələrini tutan özünəməxsus filtrlər rolunu oynayır. Lakin limfa düyünlərinin uzunmüddətli böyüməsi, xərçəng də daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.

Oxu.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı hematoloq Timur Burkov xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, limfa düyünləri ən çox alt çənə və boyun nahiyəsində böyüyür.

"Əgər bu çənə nahiyəsində baş verirsə, adətən səbəb viruslardır. Lakin boyundakı limfa düyünlərinin böyüməsi təkcə virus və bakterial infeksiyalarla deyil, həm də limfatik sistemin bədxassəli xəstəliyi olan limfoma ilə əlaqəli ola bilər", - deyə Burkov izah edir.

Mütəxəssis həmçinin qeyd edir ki, qoltuqaltı böyümüş limfa düyünləri süd vəzi xərçəngi və ya yuxarı ətrafların infeksiyalarından, qasıq nahiyəsində isə kiçik çanaq şişlərindən və ya cinsi yolla keçən xəstəliklərdən xəbər verə bilər.

Həkim limfa düyünlərinin böyüməsinin hansı hallarda əhəmiyyətli olmadığını da izah edib.

"Məsələn, KRVİ-dən sonra onlar bir neçə həftə ərzində böyümüş qala bilərlər. Əgər limfa düyünləri təkdirsə, yumşaqdırsa, dəri ilə bitişməyibsə - bu təhlükəli deyil. Həmçinin limfadenopatiya 3 həftədən az və ya düyünlərin ölçüsü dəyişmədən bir ildən çox davam edirsə, narahat olmağa dəyməz - bu halda xərçəng ehtimalı aşağıdır", - deyə doktor Burkov təskinlik verir.

Hematoloq vurğulayır ki, limfa düyünləri autoimmun xəstəliklər və vərəm zamanı da böyüyə bilər. Lakin bu hallarda arıqlama, temperaturun yüksəlməsi kimi digər narahatedici simptomlar da müşahidə olunacaq.

Bəs limfa düyünlərinin təhlükəli böyüməsini necə ayırd etmək olar?

Onun sözlərinə görə, ən şübhəli olanlar - diametri 1.5-2 sm-dən böyük (yerləşməsindən asılı olaraq), toxunduqda sərt, dəri ilə bitişmiş limfa düyünləridir. Belə limfa düyünləri punksion və ya eksizion biopsiya kimi əlavə müayinədən keçmək üçün ciddi səbəbdir.

"Lakin hətta narahatedici əlamətlər olduqda belə özünüzə "xərçəng" diaqnozu qoymayın. Böyümüş limfa düyünləri - orqanizmin mütəxəssislər tərəfindən daha ətraflı müayinə olunmaq lazım olduğu barədə siqnalıdır", - deyə Timur Burkov sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Yanvar 2025 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri