Icma.az
close
up
RU
Boyun, sinə və döş nahiyəsi dərisinə qulluq edilməsi

Boyun, sinə və döş nahiyəsi dərisinə qulluq edilməsi

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boyun, sinə və döş nahiyələrinin dərisi bədən dərisinin digər sahələrinə nisbətən daha nazik olur. Bu sahələrin dərisində piy vəziləri daha az olur.

Məhz buna görə bu sahələrin dərisi bədənin digər sahələrinə nisbətən daha tez qocalır (qırışlarla örtülür, rəngini dəyişir və s.).

Bəs boyun və sinə nahiyələrinin dərisinə hansı faktorlar ziyan vurur? Soyuq külək və şaxtalı hava boyun dərisini xeyli dərəcədə qurudur, dəri öz möhkəmliyini, elastikliyini itirərək sallanır. Ona görə də qışda, yazda və payızda boynunuza şərf taxmaq məsləhətdir. Bu zaman məqsəd, yalnız soyuqlamadan qorunmaq deyil, həm də boyun nahiyəsi dərisində erkən qırışların əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir. Boyun dərisində qırışların əmələ gəlməməsi üçün yatarkən hündür balışlardan istifadə etməyin və uzanan vəziyyətdə kitab oxumayın. Əgər siz belinizi bükürsünüzsə, başı aşağı və çiyinləriniz əyilmiş səkildə gəzirsinizsə, bu, tez bir zamanda sizin boynunuzun dərisinə öz mənfi təsirini göstərəcəkdir. Erkən qocalmamaq üçün, başınızı düz saxlayın. Bu halda boyun dərisi düzlənir və dartılmır ki, bunun da nəticəsində onun üzərində erkən büküşlər və qırışlar da əmələ gəlmir.

Kəskin və uzunmüddətli pəhrizlər, tez-tez solyariyə gedilməsi, sinəsi və döşləri açıq şəkildə günəş altında qaralmalar, çox dar büsthalter (qadın lifçiyi) geyinilməsi və ya onu geyinməkdən imtina edilməsi, boyun və sinə nahiyəsinin dərisinə çox böyük ziyan vurur.

Günəş altında olmaq məsələsinə gəldikdə isə, kosmetoloqlar bu halda dəriyə günəşdən qoruyucu kremlər çəkilməsini və qaralmanı mümkün qədər kölgəlikdə etməyi məsləhət görürlər. Büsthalter (qadın lifçiyi) geyinməyi sevməyən qadınları isə xəbərdar etmək istəyirik ki, döşləriniz öz ağırlıqlarından sallandıqları üçün, onların dərisi daim dartılmış vəziyyətdə olur. Nəticədə döşlər sallanaraq öz formalarını da itirirlər. İntensiv olaraq müxtəlif rəqslərlə və ya hər hansı idman növü ilə məşğul olan qadınlar bu barədə xüsusi olaraq xəbərdar edilməlidirlər.

Beləliklə, boyun və sinə nahiyəsinin dərisinə daimi olaraq diqqətlə qulluq etmək lazımdır. Yəni, üz dərisinə qulluq edilməsində olduğu kimi onu da hər gün təmizləmək, nəmləndirmək, tonuslaşdırmaq və qidalandırmaq lazımdır. Boyun və sinə nahiyəsinin dərisinə gündəlik qulluq edilməsi üçün məhz bu sahələr üçün nəzərdə tutulmuş xüsusi kosmetik vasitələrdən - kremlərdən, liftinq-vasitələrdən, zərdablardan və s. istifadə etmək lazımdır. Bu mümkün olmadıqda, üz dərisi üçün olan kosmetik vasitələrdən də istifadə edə bilərsiniz. Ancaq boyun və sinə nahiyəsinin dərisi daha çox nəmləndirilmək və qidalandırılmaq tələb etdiyi üçün, bu zaman dərini qurudan vasitələrdən istifadə edilməsindən imtina edilməlidir. Səhər və axşam saatlarında boyun və sinə nahiyəsinin dərisi də üzün dərisi kimi təmizlənir. Təmizləndikdən sonra bu sahənin dərisinə əla tonuslandırıcı təsirə malik olan buz kubları sürtülməsi məsləhət görülür. Əgər sizin qalxanvari vəzinizdə hər hansı bir problem vardırsa, və ya siz uşaq əmizdirirsinizsə, buzdan istifadə etmək olmaz! İlkin olaraq sinə nahiyəsindən başlayaraq, tədricən çənə nahiyəsinə keçməklə, kub şəklində olan buzla dairəvi hərəkətlər etməklə, onu dərinizə sürtün. Bu prosedura 1-2 dəqiqə ərzində yerinə yetirilir. Dəri təbii şəkildə quruduqdan sonra isə tələbatından asılı olaraq ona qidalandırıcı və ya nəmləndirici krem sürtün. Bəs boyun və sinənin dərisinə kremi necə sürtmək lazımdır? İlkin olaraq kremi hər iki əlin ovucuna çəkirlər. Başı arxa tərəfə əyərək sağ ovucunuzla masaj hərəkətləri etməklə kremi boyunun sol tərəfinə, sol ovucunuzla isə boyunun sağ tərəfinə sürtmək lazımdır. Ovuclarınızla etdiyiniz hərəkətlər yalnız yuxarıya doğru istiqamətləndirilməlidir! Ehtiyatlı olun, boyun dərisini çox əzməyin və dartmayın. Kremi sinə nahiyəsinə də yüngül masaj hərəkətləri ilə sürtün.

Qalxanvari vəzi nahiyəsində xüsusi olaraq ehtiyatlı olun! Bu nahiyəyə yalnız yüngül şəkildə toxunmaq olar. Belə ki, artıq dərəcədə təzyiq və ya masaj edilməsi qalxanvari vəziyə pis təsir edə bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri