Icma.az
close
up
RU
Böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsidir MÜNASİBƏT BİLDİRİLDİ

Böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsidir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Əsrlər boyu formalaşmış ənənələrimizdə böyüyə ehtiram xalqımızın mədəni kimliyinin ayrılmaz hissəsi olub. Hər bir dövrdə yaşlı nəsillərə hörmətlə yanaşmaq, onların sözünə qulaq asmaq, məsləhətlərini qəbul etmək cəmiyyətimizin mənəvi dayaqlarından birini təşkil edib". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bu gün də həm dövlət, həm də cəmiyyət tərəfindən ahıllara diqqət və qayğı göstərilməsi davam etdirilir: "Dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu və digər ictimai təşkilatların təşəbbüsləri nəticəsində ahıllara dəstək formaları ildən-ilə genişlənir. Son illərdə ölkəmizdə qocalar evlərinin tikilməsi, könüllülər şəbəkəsinin təşkili, yaşlı insanlar üçün müxtəlif konsert və tədbirlərin keçirilməsi, ərzaq və geyim yardımlarının göstərilməsi bu siyasətin mühüm nümunələrindəndir. Ənənələrimizdə bayram günləri – Novruz, Qurban və digər milli mərasimlər zamanı qonşuların yaşlı insanlara baş çəkməsi, onların ehtiyacları ilə maraqlanması geniş yayılmışdır. Bu humanist dəyərlər bu gün də qorunub saxlanır. Məclislərdə ahılların başda oturması, onların məsləhət və xeyir-dualarının dəyərli sayılması Azərbaycan ailə modelinin əxlaqi əsaslarını təşkil edir.

Bununla yanaşı, ölkədə ahıllar üçün müxtəlif sosial xidmət qurumları da fəaliyyət göstərir. Ağsaqqallar və dost mərkəzlərinin işi, səyyar xidmətlərin təşkili yaşlı insanların gündəlik həyatında mühüm rol oynayır. Pensiya kartlarının yenilənməsi, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi kimi məsələlərin birbaşa onların evlərində həll olunması isə dövlətin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Müharibə veteranlarına göstərilən xüsusi qayğı da ayrıca qeyd olunmalıdır. Dövlət rəhbərlərinin onlarla mütəmadi görüşməsi, fəxri adlar və mükafatlarla təltif etməsi onların həyatında mənəvi dəstəyin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, sahə həkimlərinin kəndlərdə və şəhərlərdə ahılların sağlamlıq problemlərinə həssas yanaşması, icbari tibbi sığorta çərçivəsində dövlət hesabına müayinə və müalicə imkanlarının yaradılması onların rifahı üçün böyük əhəmiyyət kəsb edir. Lakin bütün bu tədbirlərlə yanaşı, cəmiyyətin üzərinə də mühüm vəzifələr düşür. Xüsusilə gənclərin ahıllara baş çəkməsi, onlarla vaxt keçirməsi, gündəlik problemlərinə dəstək göstərməsi zəruridir. Çünki böyüklərə qayğı yalnız dövlətin deyil, bütövlükdə ictimaiyyətin borcudur. Bu yanaşma həm milli kimliyimizi möhkəmləndirir, həm də nəsillər arasında mənəvi bağların güclənməsinə xidmət edir.

Beləliklə, Azərbaycan həm ənənəvi dəyərlərini qoruyaraq, həm də müasir sosial siyasət vasitələri ilə ahıllara hörmət və qayğını təmin edir. Bu, milli kimliyimizin və sosial həmrəyliyimizin əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri