Icma.az
close
up
RU
Boz boşanma Azərbaycanda ayrılan yaşlıların sayı artır

Boz boşanma Azərbaycanda ayrılan yaşlıların sayı artır

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Son illər ölkədə boşananların sayında artım müşahidə olunur. Belə ki, 2024-cü ildə 49 508 nikaha daxilolma və 21 384 boşanma halları qeydə alınıb.
Statistikaya nəzər salsaq görərik ki, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub. 

Onu da qeyd edək ki, əhali sayına görə ən çox boşanma nisbətinin müşahidə olunduğu rayon Naftalandır. Belə ki, bu rayonda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır.


Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0,  Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8, Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə 2.1-dir. Bundan başqa, Göygöl – 2.6, Yevlax -2.5 nisbəti ilə boşanmaların çox olduğu rayonlar hesab edilir. 

Modern.az xəbər verir ki, boşananlar arasında uzun müddət evli olanlar, eyni zamanda yaşı 50-dən yuxarı olanlar da çoxluq təşkil edir.  

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, 2020-ci ildə yaşı 50 və daha çox olanlar arasında boşanmaların ümumi sayı 2802, 2021-ci ildə 3386, 2022-ci ildə 3047, 2023-cü ildə isə 4010 olub.
10 il əvvəl yuxarı yaşlı şəxslər arasında boşanmaların ümumi sayı 2332-i idi ki, bu da son son statistikalara görə 72 faizədək artım deməkdir. 

2023-cü ildə 50-54 yaşlı kişilər arasında boşananların sayı 1111 olub ki, bunun 80-i 5 ilə qədər, 101-i 5-9 il, 355-i 10-19 il, 575-i isə 20 il və daha çox müddət evli olan şəxslərdir. 
Həmin ildə 50-54 yaşlı qadınlar arasında boşananların sayı 699 olub. Onlardan 82-si 5 ilə qədər, 54-ü 5-9 il, 112-si 10-19 il, 451-i isə 20 il və yuxarı evlilik müddəti olan qadınlardır. 

Son statistkalara görə 55-59 yaşlı 1141 nəfər boşanmaq üçün məhkəməyə müraciət edib. Onlardan 723-ü kişi, 418-i qadın olub. Boşananlardan evlilik müddəti 20 il və daha çox olanlar arasında müraciət daha çox olub. Belə ki, evlilik müddəti 19 ildən çox olanlar arasında boşananların 494-ü kişi, 306-ı qadın olub. Bu da həmin yaş kateqoriyasında boşananların 70 faizini təşkil edir. 

Boşananlar arasında 60 yaş və yuxarı yaş kateqoriyasında olanların sayında da artım müşahidə olunur. 2023-cü ildə bu yaşda boşananların ümumi sayı 1059 olub, bu göstərici 2022-ci ildə 802, 2021-ci ildə 856, 2020-ci ildə isə 705 olub. 

Yaşı 59-dan çox olan şəxslər arasında boşananların 117-nin evlilik müddəti 5 ilə qədər, 76-sı 5-9 il, 114-ü 10-19 il, 752 nəfərin isə evlilik müddəti 20 il və daha uzun müddət olub. 

Bu statistikalar göstərir ki, boşanmalar təkcə gənc ailələr arasında deyil, 50 yaşdan yuxarı şəxslər arasında da artır. Müşahidələr onu da deməyə əsas verir ki, uzunmüddətli evliliklərin dağılmasının arxasında sosial, iqtisadi və psixoloji faktorlar dayanır.
Belə ki, fərdlərin iqtisadi müstəqilliyinin artması, cəmiyyətin boşanmaya yanaşması dəyişib. Əvvəllər ailəni qorumaq əsas dəyər sayılırdısa, indi fərdi xoşbəxtlik ön plana çıxıb. İnsanlar artıq münasibətləri davam etdirmək üçün sosial və iqtisadi məcburiyyət hiss etmirlər. Bundan başqa uzun illər ərzində həll edilməmiş problemlər boşanma qərarına gətirib çıxarır. Sosioloqlar düşünür ki, yaş artdıqca, həyat keyfiyyətinə və şəxsi rifaha diqqət artır. Bəzi cütlüklər fərqli həyat tərzləri seçir, bu da münasibətlərin davamlılığına təsir göstərir. Bəzən sağlamlıq problemləri və qayğı ehtiyacı münasibətləri daha da gərginləşdirir. Uzunmüddətli evliliklərin boşanma ilə nəticələnməsi fərdi və sosial dəyişikliklərin qaçılmaz nəticəsidir. İqtisadi müstəqillik, sosial tabuların zəifləməsi və şəxsi xoşbəxtliyə yönəlmə bu prosesin əsas amillərinə çevrilib. Bu proses dünyada “Gray” boşanma fenomeni adlanır və getdikcə də artan tendensiyaya çevrilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri