Icma.az
close
up
RU
“Boz kardinal”la bağlı sensasion faktlar MƏLUM OLDU: “Ramiz Mehdiyev Moskvadan gələndə açıqca deyirdi ki…” KONKRET

“Boz kardinal”la bağlı sensasion faktlar MƏLUM OLDU: “Ramiz Mehdiyev Moskvadan gələndə açıqca deyirdi ki…” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın bütün zamanlarda imperiya maraqları olub və qonşu xalqları öz təsir dairəsində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edilib.

Xalqlar incidilib, istismar olunub və assimilyasiyaya uğrayıb. Ümumiyyətlə, Rusiya mövcud olduğu vaxtlarda müxtəlif adlar altında imperiya siyasətini həyata keçirib. Bu siyasətin tərkib hissəsi isə başqa dövlətlərin hakim dairələrində emissarlar şəbəkəsidir. Əksər imperiyalar öz maraqlarını bunun üzərində qursa da, Rusiyada bu, fərqli üsulda həyata keçirilib. İllər əvvəl özlərinə xidmət edən adamları vəzifəyə gətirmək və onıarın üzərindən maraqların təmin olunmasına çalışmaq siyasəti aparılıb. Rusiya illər boyu Azərbaycanda da öz maraqlarını qorumaq üçün bu üsuldan istifadə edib. Dövlətin üst qatında oturan Ramiz Mehdiyev kimi iri ranqlı məmur məhz Rusiyanın maraqlarına xidmət göstərib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bir imperiya formal olaraq dağılır, amma imperiyanın yan təsirləri, onun maraqlarını müdafiə edən adamlar uzun müddət fəaliyyətlərini davam etdirirlər. Bunun üçün də siyasətdə ilüminasiya deyilən bir hadisə var. Əlli il vaxt lazımdır ki, bir xalq başqa xalqın imperial maraqlarından kənara çıxıb, müstəqil şəkildə öz milli maraqlarını müdafiə eləsin:

“Ramiz Mehdiyev özü Kommunist partiyasına uzun illər xidmət eləmiş bir adamdır. Rusiyanın heç vaxt əraziləri olmadığına görə, torpaqlar tutub və başqa xalqları assimilyasiyaya uğradıb. Rusiya kiçik xalqları ruslaşdırmaqla meydana çıxan bir dövlətdir. Əbülfəz Elçibəyin vaxtında da Rusiyanın təkidi ilə vəzifəyə qoyulan adamlar var idi. Məsələn müdafiə naziri Dadaş Rzayevi misal göstərmək olar. Əbülfəz Elçibəy deyirdi ki, ruslar mənə təkid edir ki, ya bu adam müdafiə naziri olmalıdır, ya da əlavə rayonlar işğal ediləcək. Bu, təkcə Dadaş Rzayevlə bağlı məsələ deyildi. Əbülfəz Elçibəyin hakimiyyətində də, Rusiyanın təkidi ilə vəzifəyə qoyulan adamlar yetərincə idi. Hər kəs bilir ki, Azərbaycan ordusunda Rusiyanın maraqlarını Nəcməddin Sadıqov həyata keçirib. O, Azərbaycanda milli təfəkkürlü hərbçiləri kütləvi şəkildə represiyaya məruz qoyan adam idi. Bu adam Elçibəyin vaxtından Müdafiə Nazirliyində işləyirdi. Ramiz Mehdiyev isə Rusiyanın emissarıdır. Söhbət Azərbaycan dövlətini Rusiyanın maraq dairəsində saxlamaqdan gedir ki, Ramiz Mehdiyev bu işə rəhbərlik edib. İldə bir dəfə Ramiz Mehdiyev Moskvada MDB prezident administrasiyası rəhbərlərinin iclasında iştirak edirdi. Rusiyalı həmkarı bura  gəlirdi. Ondan Orta Asiya və Qafqaz respublikakarını necə Rusiyanın təsirində saxlamaq barədə təlimat alırdı. Ramiz Mehdiyev Moskvadan gələndə açıqca deyirdi ki, biz Azərbaycanda total nəzarəti həyata keçirməliyik. Total nəzarət nə deməkdir? Yəni hər bir adamın şəxsi həyatı izlənilməlidir. Ramiz Mehdiyev Moskvadan qayıdandan sonra bildirirdi ki, biz Azərbaycan parlamentinə hər adamı buraxa bilmərik ki, gəlib dostlarımızla münasibətlərimizi pozsun”.

“Ümumiyyətlə, Ramiz Mehdiyevi agent kimi dəyərləndirmək yanılışlıqdır, onun missiyası daha böyükdür. İlham İsmayl bir dəfə dedi ki, 80 min dollar müqabilində Rusiyaya işləyən agent tanıyır. Çox təəssüf ki, bu günə qədər həmin adamın adını deməyib. Amma həm siyasi partiya rəhbərləri, həm müxalifət, həm də mətbuat nümüyəndələri arasında belələri çoxdur. Eyni zamanda Rusiyanın maraqlarını müdafiə edən rəsmi şəxslər var. Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən 3 qrup adam var. Birinci, muzdlu casuslardır. İkinci, Rusiyanın mədəni təsirində olan, rus dilində təhsil alan “rusbaş” dediyimiz adamlardır. Onlar rus təhsilli olduqlarına görə, öz həyatlarını Rusiyayla birgə görürlər. Ücüncü isə Rusiyanın burada vəzifəyə qoyduğu və onlara korrupsiya şəraiti yaratdığı şəxslərdir. Tərtər hadisələri birbaşa Rusiyanın planıdır. Rusiya Azərbaycan ordusunun gözünü qorxutmaq istəyirdi. Bu da Ramiz Mehdiyevin total nəzarət etdiyi məsələ idi”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri