Icma.az
close
up
RU
Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib?

Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib?

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Son iki gündə ölkə ictimaiyyətinin, mətbuatın və sosial şəbəkələrin ən çox müzakirə etdiyi mövzulardan biri Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı xəbərlər olub.
Yeniavaz.com
xəbər verir ki, mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri də uzun illərdir Ramiz Mehdiyevin adı ilə assosiasiya olunan “Boz kardinal” ifadəsidir.
Qeyd edək ki, mətbuatda və siyasi kuluarlarda bu ifadə Mehdiyevin adı ilə çoxdan hallandırılsa da, onun Azərbaycan mətbuatında ilk dəfə nə vaxt yazıldığı barədə dəqiq məlumat yoxdur.
Bununla belə, “Boz kardinal” ifadəsinin yazılı şəkildə keçdiyi ilk məlum mənbə 2004-cü ilin iyun ayında “Yeni Azərbaycan” qəzetində dərc olunan bir məqalə hesab olunur.
Həmin məqalə “Ramiz Mehdiyev nə vaxtdan bəri “dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosofu” olub?” başlığı ilə yayımlanıb və Prezident Administrasiyasının rəhbərinin vəzifə səlahiyyətlərini aşması ilə bağlı sərt tənqidi məzmun daşıyıb.
Məqalədə “Boz kardinal” ifadəsi ilk dəfə belə bir kontekstdə işlədilib:
“Uşaqdan böyüyə qədər hər bir vətəndaşımız yaxşı bilir ki, azərbaycançılıq ideologiyasının ideoloqu müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevdir. Belə olan şəraitdə hansısa dövlət məmurunu ideoloq kimi qələmə vermək səriştəsizlik deyil, məqsədyönlü addımdır... Prezident Administrasiyasının rəhbəri məqaləsini, hətta beynəlxalq miqyasda da təbliğ etməkdən çəkinməyib... Qətiyyən təsadüfi deyildir ki, məqalə dərc olunduqdan dərhal sonra “Azad Avropa” radiosunun şərhçisi məqaləyə münasibət bildirib. Həmin şərhi "Boz kardinal müxalifəti tənqid edir" başlığı ilə “AzərTAc” operativ surətdə bütün qəzetlərə yaymışdı”.
Maraqlı məqamlardan biri odur ki, həmin tənqidi məqalə elə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində dərc edilib.
Qısa müddət sonra qəzetin o vaxtkı baş redaktoru Alqış Həsənoğlu tutduğu vəzifədən uzaqlaşdırılıb.
İllər sonra, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxdıqdan sonra Alqış Həsənoğlu yenidən “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, “Boz kardinal” ifadəsi dünya siyasi terminologiyasında gizli, lakin çox güclü təsirə malik olan, hadisələri kənardan idarə edən şəxsə işarə edir. Bu termin ilk dəfə XVII əsrdə Fransada yaranıb.
Tarixi mənbələrə görə, bu ifadə Kardinal Arman Jan dyu Plesi de Rişelyenin yaxın məsləhətçisi, rahib Fransua Tremblə (“Ata Jozef”) aid edilib. Rişelye rəsmi olaraq “qırmızı kardinal” adlanırdı, çünki o, kilsə kardinali idi və qırmızı geyim geyinirdi. Onun kölgəsində qalan, lakin əslində bir çox qərarlara təsir edən “Ata Jozef” isə rahib paltarına görə “boz kardinal” adını alıb.
Sonralar “boz kardinal” ifadəsi rəsmi vəzifəsi olmayan, lakin siyasi proseslərə ciddi təsir göstərən şəxsləri təsvir etmək üçün beynəlxalq mediada geniş yayılıb.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri