BP nin Azərbaycanda 2025 ci il üçün biznes prioritetləri və perspektivləri müzakirə olunub
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün Bakıda birgünlük planlaşdırılmış səfərdə olub.
Bu barədə 525.az BP-yə istinadən xəbər verir.
Q.Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biri olan bu işgüzar səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək idi.
Gün ərzində Q.Birrel BP-nin regional rəhbərliyi ilə bir sıra görüşlər keçirib və şirkətin regionda əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyətlə və 2025-ci il üçün planlaşdırılmış işlərlə tanış olub.
Səfər çərçivəsində həmçinin Q.Birrellə iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş olub. Bu görüşdə BP-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















