Icma.az
close
up
RU
BP “Şahdəniz”də kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarını iyunda gözləyir

BP “Şahdəniz”də kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarını iyunda gözləyir

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Böyük Britaniyanın "BP plc" şirkəti "Şahdəniz" yatağında "Shah Deniz Compression (SDC) kompressor platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının (FID, final investment decision) bu ilin iyun ayında qəbul edilməsini gözləyir.

"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl T.Bayatlı layihə üzrə yekun investisiya qərarının ilin sonuna yaxın qəbul ediləcəyinin gözlənildiyini bildirmişdi.

"Hazırda "Şahdəniz"də bütün diqqət yeni layihəyə - SDC kompressor platformasının tikintisinə yönəlib. Biz bu layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSTQ) hesabatını ictimaiyyətə təqdim etmişik. Sənəd həmçinin hökumətə də təqdim edilib və onun təsdiqlənməsini gözləyirik ki, bu da icra mərhələsinə keçid deməkdir. Lakin icranın başlanmasından əvvəl yekun investisiya qərarı qəbul edilməlidir, bunu yaya, ən geci ikinci rübün sonuna planlaşdırmışıq, lakin bildiyim qədər, bu, iyun ayına nəzərdə tutulub", - o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, daha sonra layihənin həyata keçirilməsi üçün podratçılar və tikinti sahələri seçiləcək.

Xəbər verildiyi kimi, layihəyə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin "Alpha" və "Bravo" platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir.

Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan, platformadan qazma işləri aparılmayacaq. SDC qazın kompressiyası üçün hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək. Dənizdə texniki xidmət yükünü minimuma endirmək üçün platforma sadələşdirilmiş elektriklə çalışan əsasən heyətsiz qurğu kimi layihələndirilib.

Yeni platforması olacaq "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. "Shah Deniz Alpha" və "Shah Deniz Bravo" platformalarından hasil ediləcək aşağı təzyiqli qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, təzyiq artdıqdan sonra isə "Səngəçal" terminalına daxil olacaq.

"Shah Deniz Compression" platforması "Shah Deniz Alpha" platformasından 10 km, "Shah Deniz Bravo" platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, həmçinin sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026 və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir.

2029-cu ilin yanvar-iyul aylarında SDА, 2030-cu ilin aprel-may aylarında isə SDB platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Mart 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see148

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see138

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri