Icma.az
close
up
RU
Şahdəniz kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb

Şahdəniz kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şahdəniz" konsorsiumu bu ilin əvvəlində təsdiqlənmiş Şahdəniz Kompressiya (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək məqsədilə daha bir mühüm tikinti müqaviləsini imzalayıb.

BP şirkətindən "APA-Economics"ə verilən məlumata görə, 156 milyon ABŞ dolları dəyərində olan bu müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.

Məlumata görə, müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5 800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi və bərkidilməsi işləri daxildir.

Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”-ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb olunacaq işçi qüvvəsinin təxminən 97%-nin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2 milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.

“Bu, ŞDK layihəsi və operator olaraq bp şirkəti üçün növbəti mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks etdirir.

“BOS Shelf” şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma sahəsində Azəri-Çıraq-Günəşli və Şahdəniz 2 platformaları üçün 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK platformasının dayaq bloku da qrafikə uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ tikinti-quraşdırma sahəsinin iri həcmli modernləşdirmə tələb etmədən dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi üçün əsas amillərdən biridir”, - BP-nin layihə üzrə baş meneceri İlqar Məmmədov qeyd edib.

Nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.

Layihənin “Şahdəniz” yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa” (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri