Icma.az
close
up
RU
bp: Süni intellektlə yeni quyunun planlaşdırılma müddətini 300 gündən 50 günə endirmişik

bp: Süni intellektlə yeni quyunun planlaşdırılma müddətini 300 gündən 50 günə endirmişik

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

bp süni intellekt texnologiyalarının tətbiqi hesabına yeni neft və qaz quyularının planlaşdırılması müddətini təxminən altı dəfə azaldıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunun gələcək inkişafı üçün əsas amillərdən biri texnologiyanın insan kapitalı və düzgün idarəetmə yanaşması ilə birləşdirilməsidir.

C.Kristofoli bildirib ki, bp hazırda AÇG (Azəri-Çıraq-Günəşli) yataqlarında hasilatın səmərəliliyini artırmaq üçün müxtəlif texnologiyalardan istifadə edir. Şirkət beşillik 4D seysmik proqram həyata keçirir ki, bu da lay daxilində mayelərin hərəkətini izləməyə imkan verir.

O qeyd edib ki, bp və tərəfdaşları Azərbaycanda fəaliyyət göstərən süni intellekt şirkəti ilə əməkdaşlıq edərək seysmik məlumatların emalını təkmilləşdiriblər. Bu şirkət seysmik məlumatlardakı “səs-küyü” təmizləyərək məlumatların keyfiyyətini artırır və artıq öz xidmətlərini beynəlxalq bazarlarda da təqdim edir.

“Bu, təkcə neft-qaz layihəsi deyil. Bu, Azərbaycanda yeni bacarıqların və texnoloji potensialın formalaşdırılması deməkdir”, – deyə bp rəsmisi bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyaları quyu planlaşdırılması proseslərində də tətbiq olunur. Bu texnologiyalar prosesin ayrı-ayrı mərhələlərinin avtomatlaşdırılmasına imkan verir.

“Əvvəllər yeni quyunun planlaşdırılması təxminən 300 gün çəkirdisə, indi bu müddəti təxminən 50 günə endirə bilirik”, – deyə C.Kristofoli vurğulayıb.

O əlavə edib ki, geosteerinq (lay daxilində istiqamətləndirmə) və horizontal qazma texnologiyalarının tətbiqi quyuların daha dəqiq yerləşdirilməsinə və ehtiyatların daha səmərəli mənimsənilməsinə şərait yaradır.

bp rəsmisinin sözlərinə görə, Azərbaycanın enerji sektorunun inkişafında texnologiya ilə yanaşı, güclü tərəfdaşlıqlar və insan kapitalı da mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri