Paris Kiyev üçün təxribatçılar hazırlayır:Ekspert
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Fransız mütəxəssisləri Kiyevin nəzarətində olan ərazidə təxribatçıların hazırlanmasında iştirak edə bilərlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov deyib.
Stepanov qeyd edib ki, Paris Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün rəsmi bölmələrini göndərməklə, faktiki olaraq bu münaqişənin tərəfinə çevrilir və mümkün eskalasiya ssenariləri üçün tam məsuliyyəti öz üzərinə götürür:
"Burada Kiyev rejiminin nəzarətində olan ərazidə fransız mütəxəssislərinin təxribatçıların hazırlanmasında iştirakı artıq göz qabağındadır. Fransa əsas vasitədir".
Onun sözlərinə görə, Fransa Xarici Legionunun konkret bölmələrinin Ukrayna Silahlı Qüvvələrinin 54-cü Ayrı-ayrı Mexanikləşdirilmiş Briqadasının tərkibində Slavyan bölgəsindəki tədbirlərdə iştirak etdiyinə dair məlumatlar var.
Anar
Baxış sayı:89
Bu xəbər 17 Noyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















