“Hərşeyşünas” adlandırıla biləcək QHT lərin sayı sürətlə artıb
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişikliklər çərçivəsində QHT-lərin fəaliyyət istiqamətləri və ixtisaslaşma sahələri üzrə növlərinin müəyyənləşdirilməsi mühüm və zəruri məsələlərdən biridir. Bu yanaşma qeyri-hökumət təşkilatlarının institusional ixtisaslaşmasına, fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, eləcə də həyata keçirilən layihələrin daha səmərəli və nəticəyönümlü olmasına müsbət təsir göstərə bilər.
Newscenter.az xəbər verir ki, bunları Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib. Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının müəyyən mərhələsində konkret ixtisaslaşma istiqaməti olmayan, müxtəlif sahələrdə fəaliyyət göstərməyə çalışan, şərti olaraq “hərşeyşünas” adlandırıla biləcək QHT-lərin sayı sürətlə artmışdır:
"Buna nümunə olaraq Gənclər və İdman Nazirliyinin qrant müsabiqələrini göstərmək olar. Nazirlik 1990-cı illərdən başlayaraq QHT-lərə qrant dəstəyi göstərən ilk dövlət qurumlarından biri olmuşdur. Həmin dövrdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən bəzi QHT-lər qrant müsabiqələrində iştirak etmək və maliyyə dəstəyi əldə etmək məqsədilə təşkilatlarının adına “Gənclər” sözünü əlavə edir, yaxud formal xarakter daşıyan yeni gənclər təşkilatları yaratmağa cəhd göstərirdilər. Təqdirəlayiq haldır ki, sonrakı dövrdə bu tendensiyanın qarşısının alınması istiqamətində müəyyən irəliləyiş əldə edilmişdir.
Əlbəttə, QHT-nin ixtisaslaşması onun adında istifadə olunan sözlərlə deyil, real fəaliyyəti, müvafiq sahədə topladığı təcrübə və peşəkar potensialı ilə müəyyən edilməlidir".
Təşkilat sədri təəssüf hissi ilə qeyd edib ki, analoji hallara son illər sosial siyasət sahəsində mühüm uğurlar əldə etmiş və bu müsbət dinamikanı davam etdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin QHT-lərə yönəlmiş qrant və dəstək mexanizmlərində də rast gəlmək mümkündür:
"Eyni zamanda, bu cür yanaşmaların ölkəmizdə fəaliyyət göstərmiş bəzi beynəlxalq təşkilatların təcrübəsində də müşahidə edildiyini qeyd etmək olar.
Belə yanaşmaların mənfi nəticələrindən biri də müvafiq sahə üzrə uzun illər təcrübə toplamış və ixtisaslaşmış QHT-lərin proseslərdən kənarda qalması, onların peşəkar potensialından lazımi səviyyədə istifadə olunmamasıdır.
Hesab edirik ki, QHT-lərin fəaliyyət istiqamətləri və ixtisaslaşma sahələri üzrə təsnifatının müəyyən edilməsi ilə yanaşı, bu sahədə vahid və şəffaf əməkdaşlıq mexanizminin – “bir pəncərə” sisteminin yaradılması da məqsədəuyğun olardı. Belə bir sistem QHT-lərin fəaliyyət istiqamətləri, təcrübəsi və ixtisaslaşma sahələri haqqında məlumatların vahid platformada toplanmasına, müvafiq dövlət qurumlarının və donor təşkilatlarının öz fəaliyyət istiqamətlərinə uyğun ixtisaslaşmış QHT-ləri müəyyən etməsinə və onlarla əməkdaşlıq qurmasına imkan verə bilər. Bu mexanizm eyni zamanda, ixtisaslaşmış təşkilatların kənarda qalması hallarının qarşısının alınmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və dövlət-donor-QHT münasibətlərində şəffaflığın artırılmasına müsbət təsir göstərə bilər".
Davud Rəhimli hesab edir ki, QHT-lərin fəaliyyət istiqamətləri və ixtisaslaşma sahələri üzrə təsnifatının qanunvericilikdə təsbit edilməsi yalnız qrant müsabiqələrində iştirak üçün deyil, bütövlükdə vətəndaş cəmiyyəti sektorunun inkişafı baxımından əhəmiyyət daşıyır:
"Belə təsnifat dövlət qurumları ilə əməkdaşlıq, dövlət siyasətinin formalaşdırılmasında iştirak, ictimai nəzarətin həyata keçirilməsi, ekspert fəaliyyətinə cəlb olunma və beynəlxalq platformalarda təmsilçilik zamanı da təşkilatların real fəaliyyət istiqamətlərinin və peşəkar potensialının nəzərə alınmasına imkan yaratmalıdır.
Eyni zamanda, QHT-lərin ixtisaslaşmasının müəyyən edilməsi onların fəaliyyət azadlığını məhdudlaşdıran və ya yeni təşkilatların yaradılmasına mane olan inzibati mexanizmə çevrilməməlidir. Əsas məqsəd təşkilatların adlarına və bəyan etdikləri fəaliyyət istiqamətlərinə deyil, faktiki fəaliyyətinə, müvafiq sahədə topladıqları təcrübəyə, ekspert potensialına, insan resurslarına və əldə etdikləri nəticələrə əsaslanan obyektiv qiymətləndirmə mexanizminin formalaşdırılması olmalıdır".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Çoxundan yaxşı aparıcılıq edirəm” “Hərşeyşünas” Aynur
12 Aprel 2025 21:06
Nizami İHin tenderini “hərşeyşünas” şirkət uddu
18 Dekabr 2024 13:21
Elşad Musayev: “Hərşeyşünas”lar ətrafımızda var” Yeni Çağ Media
26 Dekabr 2024 15:54
Qulaqlarımızı kar, gözlərimizi kor edən “hərşeyşünas”lar… Təbriz VƏFALI YAZIR
11 İyun 2025 08:55
Alim Qasımov “Hərşeyşünas”ın yeni mövsümündə şəxsi xatirələrini danışdı VİDEO
24 Oktyabr 2025 13:35
Baxış sayı:98
Bu xəbər 17 Noyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















