Icma.az
close
up
RU
BP Türkiyədəki fəaliyyətinə son qoydu

BP Türkiyədəki fəaliyyətinə son qoydu

Pravd.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir BP Türkiyədəki fəaliyyətinə son qoydu.

2023-cü ilin noyabrında imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib.

Bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb.

“Petrol Ofisi” keçən il imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin təhvilini başa çatdırdığını açıqlayıb.

1912-ci ildən Türkiyədə xidmət göstərən İngiltərənin neft nəhəngi BP (British Petroleum) 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşıb.

BP Türkiyə kimi fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin qısa müddət ərzində lövhələrini dəyişdirəcəyi gözlənilir.

APA

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri