Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Əgər müəllif Qismətin dediyi kimi... Səddam Laçın

Əgər müəllif Qismətin dediyi kimi... Səddam Laçın

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Səddam Laçının "Anka - Ölümsüzün ölümü" adlı yazısını təqdim edir.

Dünən Nadir Yalçının bir statusunu oxudum. Orxan Həsənin yeni hekayəsi haqqında yazmışdı. Deyirdi ki, belə atmosfer yaradan hekayələr barədə susmaq lazımdır.

Danışmağı sevən adamların susmağı məni həmişə narahat edib. Elə adamlar ya deməyə sözləri olmayanda susurlar, ya da o qədər şey olur ki, hardan başlayacağını bilmirlər. Mən düşündüm ki, Nadirdə ikincidir. Yoxsa niyə "“Anka”nın havası ilə bir müddət dolaşmaq, yenidən yerin üstünə çıxanda, yenidən avtobusa minəndə, axşam Hövsana qayıdanda bu hava ilə yaşamaq arzulayıram" desin ki?

Digahın neft qoxan havasını ciyərlərimə çəkə-çəkə başlayıram Orxanın "Anka"sını oxumağa. Hekayənin yarısına çatanda ürəyim üzülür. Yoruluram, sıxılıram. Amma bir yandan da “Anka” hekayəsini hiss etmək…", "belə mətnlər də var…" demək istəyirəm.

Yadıma Çarlz Dikkensin "İki şəhərin hekayəti" romanı düşür. Onu da oxuyanda oxşar hislər keçirmişdim. Əvvəli hədsiz sıxıcı, yorucu idi. Ya da mənə elə gəlmişdi. Hər nə idisə davamını oxumaq istəmirdim. Oxuduqca anladım ki, hökm verməkdə tələsirmişəm. Dünya şöhrətli yazıçının dünya şöhrətli əsərini bitirməmiş qiymətləndirmək naşılıqdan başqa bir şey deyilmiş. Çünki müəllif bütün bunları məqsədli edir, əsərin bir yerindən sonra əvvəldəki bütün mənasızlıqlar mənalı görünməyə başlayır. Yazıçı ustalıqla iki yüz səhifədir nəsə tikən xalanın, hər gecə harasa gedən dayının, klubda boşboğazlıq edən adamın qaranlığına işıq tutur. Bütün əskik parçalar yerinə oturur. Nə etdiklərini, nə üçün etdiklərini anlayırsan.

Həmin romandan sonra heç bir əsəri yarımçıq saxlamıram. Həm Dikkensdə yanılan oxucu kimi, həm də Nadirin ədəbi zövqünə bələd biri kimi “Anka”nı sona qədər oxudum. Heç nə dəyişmədi. Yenə bəyənmədim. Mənə görə müəllif hekayədə istədiyi heç nəyi tam çatdıra bilməmişdi. Hər şey yarımçıq qalmışdı.

Başlayaq elə hekayənin adından - Ankadan.

Qismət yazmışdı ki, "Anka” hekayəsinin kişi personajı qurbağa səsi eşidir. Bu, çöldən gələn yox, təhtəlşüurdan gələn səsdir. Qurbağa mifoloji mətnlərdə metamorfozu, keçidi ifadə canlıdır, çünki həm quruda, həm suda yaşayır, yəni həm ana bətninə aiddir, həm də işıqlı dünyaya. Qurbağa embrionun uşağa çevrilməsinin (yaxud çevrilməməsinin) metaforasıdır.

Əgər müəllif Qismətin dediyi kimi qurbağa səsindən simvolika kimi istifadə edibsə, heç şübhəsiz Anka adını da təsadüfən seçməyib. Anka quşu dəyişimi, yeni həyatı, dirçəlişi simvolizə edir. Müəllif isə hekayə boyu Anka quşu ilə Anka xanım arasında əlaqə yaratmağa çalışsa da, yetərincə əsaslandırmayıb. Çünki xarakterin emosional dərinliyi demək olar ki, yoxdur. Hər şey çox tez və səbəbsiz baş verir. Hekayədə Anka Ayla, Aytən, Aydan olsa, heç nə dəyişmir.


Hekayədə bəyənmədiyim bir nüans da müəllifin hər şeyi bizə - oxuculara hazır şəkildə təqdim etməsidir. Sanki biz taksi sürücüsünü də, Ankanı da, onun bivec sevgilisini də illərdi tanıyırıq. Onlar haqqda kifayət qədər məlumatımız var. Ona görə də bizə - oxuculara obrazlar barədə nəsə demək ehtiyacı duymur. Nə deyirsə, simvollarla, bədii təsvir vasitələri ilə çatdırmağa çalışır. Ümumi cümlələr qurur. Belə cümlələr estetik görünsə də, hadisəni, duyğunu çatdırmaqdan çox elə estetikaya xidmət edir. Bu da hekayənin ruhunu öldürür. Onu sadəcə qaydayalara riayət edilmiş ölü bir mətn halına salır.

Həmçinin hekayə boyu Ankanın hamilə olmasına eyham vurulsa da, sonda onu da müəmma kimi saxlamaq mənə mənasız görünür. İki variant var: ya Anka artıq abort edib və bu görüşlə haqlı olduğunu özünə sübut edir, ya da hamilədir, bu görüşdən sonra abort qərarı verir. Hər iki halda müəllif bu məqamları da havada qoyub. Ankanın psixoloji vəziyyətini, emosiyalarını bizə çatdırmayıb.

Sonda isə onu deyim ki, hekayədə xeyli cümlə var ki, redaktəyə ehtiyac duyur. Məsələn, gənclərin ayaqları bir-birinə təmas etməməlidir. Ya toxunmalıdır, ya dəyməlidir.

Redaktəyə ehtiyac duyan cümlələrə çox fokuslanmadan yazımı tamamlamaq istəyirəm.

“Praqa Baharı” musiqi festivalı başlayıb "Əlacsız idim, sözümün üstündə dura bilmədim" - Hikmət Sabiroğlunun məhkəmədə dedikləri Elgün üçün susma! - Günün şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri