Icma.az
close
up
RU
Brandenburqa qələbə bayrağını sancan azərbaycanlılar...

Brandenburqa qələbə bayrağını sancan azərbaycanlılar...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmdə 1945-ci il mayın 2-də azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının Berlinə daxil olmasından sonra XVIII əsrə aid olan Brandenburq qapısına Sovet bayrağı qaldıran şəxsləri görə bilərsiniz.

Leytenant Ələkbər Məcidovun rəhbərliyi altında zabitlər Qəzənfər Məmmədov, Söhbət Əhmədzadə, Konstantin Berejnoy və Vladimir Andreyev. Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası Berlinə daxil olan dəstələrdən biri olub. Artıq 1945-ci ilin aprel ayının 21-də Berlinin çox hissəsi Sovet ordusunun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reyxstaq ətrafı və Brandenburq darvazası yanı idi. 1373-cü atıcı alayının pulemyot tağımının komandiri leytenant Ələkbər Məcidov 416-cı diviziyanın hücum qruplarından birinə rəhbərlik edib.

Qeyd edim ki, ondan bir gün öncə, mayın 1-də saat 15:00-da baş leytenant Vahab Osmanov və kiçik çavuş V.Alekseyenko Kayzer Vilhelm Sarayı üzərində qırmızı bayraq qaldırdılar. Baş leytenant Vahab Osmanov bu döyüşdə həlak oldu. Mayın 1-dən 2-nə keçən gecə 416-cı diviziyanın əsgərləri Opera Teatrını ələ keçirdilər və Brandenburq qapısına doğru irəliləməyə davam edərək Reyxsbanka arxadan basqın etdilər və bir neçə saatlıq döyüşdən sonra Reyxsbankı tamamilə ələ keçirdilər. Brandenburq qapısına doğru irəliləyən 1373-cü alayın əsgərləri Berlindəki keçmiş Sovet səfirliyini ələ keçirdilər.

Şərq-Qərb oxunda yerləşən Brandenburq qapısı Hitlerin təbliğatında "əsl aryanlar" tərəfindən idarə olunan yeni bir dünyaya açılan qapı kimi istifadə olunurdu. Almaniyanın bu simvolunun ələ keçirilməsindən sonra almanlar kütləvi şəkildə təslim olmağa başladılar.

Alman ordusunun koordinasiyalı müqavimətinin son atəşləri Brandenburq qapısı yaxınlığında atıldı. Sovet ordusu tərəfindən ələ keçirildikdən sonra alman hərbi rəhbərliyi məğlubiyyətini etiraf etdi və döyüş əməliyyatlarından geri çəkildi.

Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu sözləri demişdi:

“Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını ilk olaraq azərbaycanlıların sancdığı faktı dəyişməz olaraq qalır.

Qeyd edim ki, Aleksey Mixaylov "Qrekovçuların gəncliyi" rəsmində 1945-ci ilin may ayında Brandenburq qapısında çəkilən köhnə cəbhə fotoşəklini rəngli boya ilə bərpa edib. Fotonun orjinalı olmadığı üçün, rəssamın əsərinə müraciət edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Dekabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri