Icma.az
close
up
RU
Branimir Subaşiç: Azərbaycan millisi üçün enerjili, gənc və nəticə istəyən baş məşqçi lazımdır İdman və Biz

Branimir Subaşiç: Azərbaycan millisi üçün enerjili, gənc və nəticə istəyən baş məşqçi lazımdır İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hələ heç nə bitməyib. İsveçlə görüş qalıb. İnanmaq istəyirəm ki, sabah yaxşı nəticə olacaq".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin veteran forvardı Branimir Subaşiç deyib.

O, millinin hazırkı durumunu şərh edib: "Təbii ki, üzücü vəziyyətdir. Halbuki millidən yaxşı nəticələr gözləyirdik. Amma olmadı. Hələ heç nə bitməyib. İsveçlə görüş qalıb. Azərbaycan millisində keyfiyyətin yüksələcəyini düşünürdüm. Amma heç nə baş vermir. Səbəb nədir, niyə belədir, anlamıram. Bircə onu bilirəm ki, gənclərdən ibarət yeni heyət qurmaq lazımdır. Çünki belə heç nə alınmır. Görünür ki, futbolçular oyuna böyük motivasiya ilə hazırlaşır. Hazırlıqları izləyirəm, oxuyuram yazılanları. Bilirsiz, milli elədir ki, onsuz da hər oyunda maksimum motivasiya ilə olmaq lazımdır. Başqa cür mümkün deyil və olmur da. Amma nə baş verir, anlamıram. Sadəcə olaraq, inanmaq istəyirəm ki, sabah yaxşı nəticə olacaq".

Subaşiç yığma komandamızın baş məşqçisi Fernandu Santuşun işi haqda da fikirlərini bildirib: "Fernandu Santuş böyük məşqçidir, yüksək nəticələri var. Sadəcə enerji o deyil. Santuşa böyük hörmətlə yanaşıram. O, Portuqaliya ilə Avropa çempionu olub, böyük klublarda da çalışıb. Sadəcə bizim milliyə enerjili, gənc və nəticə istəyən, bunun üçün alışıb-yanan biri lazımdır. Sadəcə indi baş məşqçini dəyişərlər, ya yox, bilmirəm. Çətin ki, indi bunu etsinlər. Gözləyək, görək də necə olur. Azərbaycanda futbol üçün şərait və vəsait var. Bəlkə də hər şey üçün zaman lazımdır. Amma zaman da yoxdur".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri