Braziliya lideri Trampın qərarına əsəbiləşdi: Sizdən asılı deyilik!
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Braziliya artıq ABŞ-dan asılı deyil və bütün ölkələrlə əlaqələr qurmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lula da Silva ABŞ lideri Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı açıqlamasında deyib.
"Bu gün Braziliya əvvəlki kimi ABŞ-dan asılı deyil. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var. Başqa ölkələrlə ticarət apara bilməmiz üçün alternativ valyutanın yaradılması zərurətindən əl çəkməyəcəyəm", - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, Braziliya ABŞ-la münasibətlərin vacibliyini anlayır, lakin ölkə mühüm məsələlərdə Vaşinqtona təslim olmaq niyyətində deyil.
Qeyd edək ki, bir müddət əvvəl Tramp Braziliyaya 50 faizlik gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Vaşinqton hesab edir ki, Braziliya hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ifrat təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Avqust 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















