Braziliya millisinin sabiq futbolçusu ailə üzvləri ilə birlikdə hücuma məruz qalıb
Report.az saytına istinadən Icma.az xəbər verir.
Braziliya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Kleberson ailə üzvləri ilə birlikdə hücuma məruz qalıb.
“Report” “A Bola”ya istinadən xəbər verir ki, 45 yaşlı sabiq yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
O, Kuritibada ailəsi ilə birlikdə oğlunun idarə etdiyi nəqliyyat vasitəsində olarkən başqa bir sürücü tərəfindən sıxışdırıldığını, daha sonra hücuma məruz qaldıqlarını bildirib.
Kleberson hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etdiyini və tibbi müayinədən keçdiyini söyləyib.
Qeyd edək ki, Braziliya yığmasının heyətində 32 oyuna çıxan Kleberson 2002-ci ildə komandası ilə dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:Braziliya millisinin sabiq futbolçusu geri döndü
10 Dekabr 2024 18:05
Braziliya millisinin sabiq futbolçusu rəsmən Azərbaycan klubunda
18 Avqust 2025 15:08
Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
18 Noyabr 2024 13:42
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
10 Dekabr 2024 17:23
Baxış sayı:77
Bu xəbər 14 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















