Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı ANBAAN GÖRÜNTÜLƏR
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliyada məişət zorakılığı şübhəsi ilə saxlanılan 39 yaşlı kişi polis bölməsindəki kameradan qaçıb. Hadisə müşahidə kameralarına düşüb.
BAKU.WS xəbər verir ki, kişi kameranın metal barmaqlıqları arasındakı boşluqdan əvvəlcə başını və qollarını, daha sonra isə bədənini və ayaqlarını keçirərək təxminən bir dəqiqəyə kameradan çıxıb.
O, daha sonra kamerasındakı ayaqqabılarını götürərək binanı əsas girişdən tərk edib. Məlumata görə, kişi hadisədən bir neçə saat əvvəl sərxoş vəziyyətdə 49 yaşlı həyat yoldaşına, onun 20 yaşlı qızına və qızının sevgilisinə hücum etməkdə şübhəli bilinərək saxlanılıb.
Polis qaçan şəxsin axtarışına başlayıb. Hazırda onun tutulduğu barədə məlumat yoxdur. Hadisədən sonra məhbusun çıxdığı kamera bağlanıb və oxşar qaçışların qarşısını almaq üçün konstruksiyasının dəyişdiriləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















