Braziliyada tarixi an: “Vasko da Qama” 11 illik həsrətə son qoyub VİDEO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliya A seriyasının beşinci turu çərçivəsində keçirilən “Vasko da Qama” - “Palmeyras” matçı dünya futbolunda gündəmə çevrilib. Rio-de-Janeyro təmsilçisi son 11 ildə ilk dəfə güclü rəqibini məğlub etməyi bacarıb.
İdman.Biz “Globo” nəşrinə istinadla xəbər verir ki, qarşılaşma “Vasko da Qama”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı qonaqların heyətində Flako Lopez açsa da, meydan sahibləri əzmkar mübarizə nümayiş etdiriblər. Tiaqo Mendesin bərabərlik qolundan sonra, Kuibano qələbə topunu rəqib qapısından keçirərək stadionu ayağa qaldırıb.
Qeyd edək ki, bu nəticə həm də “Vasko da Qama”nın yeni baş məşqçisi Renato Qauşonun debüt matçına təsadüf edib. Azarkeşlərin və futbolçuların sevincinin həddi-hüdudu olmayıb, çünki komanda sonuncu dəfə bu rəqibinə 2015-ci ildə qalib gəlib.
Matçın gedişində qapıçı Leo Jardimin rolu əvəzsiz olub. O, əlavə olunmuş vaxtda rəqib oyunçular Allan və Andreas Pereyranın təhlükəli zərbələrini dəf edərək tarixi nəticəni qoruyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Mart 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















