Icma.az
close
up
RU
Braziliyalı ustad Bakıda ciucitsu üzrə beynəlxalq seminar keçib AZƏRTAC

Braziliyalı ustad Bakıda ciucitsu üzrə beynəlxalq seminar keçib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan Braziliya Cui-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilib.

Azərbaycan Ciu-Citsu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, seminar İctimai Birliyin dəvəti ilə Bakıda səfərdə olan braziliyalı ustad, 6-cı dan qara kəmər sahibi professor Eduardo Sardellanın başçılığı ilə reallaşıb.

Azərbaycanda Braziliya Ciu-Citsu döyüş sənətinin banisi, 2-ci dan qara kəmər ustası Taleh Həsənov Eduardo Sardellanın ölkəmizə səfərindən məmnunluğunu bildirib. İctimai Birliyin prezidenti Aqil Acalov bunun Sardellanın ölkəmizə ikinci səfəri olduğunu və dəfələrlə bu kimi məşhur ustadları Azərbaycana gətirdiklərini qeyd edib. Onun sözlərinə görə, bu tədbirləri keçirməkdə məqsəd idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsini qaldırmaq və ölkəmizdə döyüş sənətini daha da inkişaf etdirməkdir.

İctimai Birliyin sədri Fuad Kərimov Braziliya ciu-citsu idman növünün ölkəmizdə inkişafı naminə planlardan danışıb və idmançılara uğurlar arzu edib. İctimai Birliyin rəsmisi Anar Səfərov bu günə qədər görülən işlərin və keçirilən tədbirlərin müsbət nəticələrindən söz açıb. Braziliya Ciu-Citsu Departamentinin rəhbəri Azər Beydullayev isə fəaliyyətlərinin məqsəd və perspektivlərindən danışıb.

E.Sardella idmançılara seminar öncəsi uğurlar arzulayıb. Daha sonra idmançılar imtahan verərək atestasiyadan keçiblər və kəmər dərəcələri alıblar.

Qeyd edək ki, seminar zamanı Taleh Həsənov 3-cü dan qara kəmərə, Aqil Acalov da Sardella tərəfindən atestasiyadan keçərək, yüksək dərəcəyə - qəhvəyi kəmərə layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri