Bredli Kuper yeni G.I. Joe filminin baş rolunu canlandıracaq
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hollivud ulduzu Bredli Kuper "Paramount" studiyasının istehsalı olan və rejissor Denni Makbrayd tərəfindən çəkiləcək yeni "G.I. Joe" filminin baş rolunda çıxış edəcək.
Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Məlumata görə, aktyor filmdə sahə komandiri Dyuk obrazını canlandıracaq. "G.I. Joe" "Hasbro" oyuncaq şirkətinin "Kobra" adlı terror təşkilatına qarşı mübarizə aparan uydurma hərbi komandadan bəhs edən məşhur döyüş fiqurları seriyasıdır. Yeni layihənin süjet xətti və digər aktyor heyəti barədə detallar isə hələlik sirr olaraq saxlanılır.
Nəşrin məlumatına əsasən, rejissor Denni Makbrayd ssenarini Ceff Fredli və Con Karsieri ilə birlikdə qələmə alıb. Filmin prodüserliyini isə "Hasbro Entertainment" adından Lorenzo di Bonaventura, Mark Vahradian və Zev Forman öz üzərinə götürüblər.
"Transformerlər"dən ayrılan xətt və franşizanın keçmişi
"Paramount" studiyası bu layihəni "Transformerlər" franşizasından ayırıb.
Xatırladaq ki, 2023-cü ildə ekranlara çıxan "Transformerlər: Canavarların yüksəlişi" filminin sonunda bu iki kino kainatının birləşəcəyinə dair açıq işarələr verilmişdi. Görünür, studiya krossover ideyasından imtina edərək, layihəni tamamilə müstəqil şəkildə yenidən başlatmaq (reboot) qərarına gəlib.
"G.I. Joe" franşizası indiyədək bir neçə dəfə böyük ekrana daşınıb. Daha əvvəl Çenninq Tatum "Kobranın yüksəlişi" (2009) və "Qisas" (2013) filmlərində baş rolu oynamış, sonuncu ekran işində ona Dueyn Conson və Brüs Uillis kimi nəhəng ulduzlar yoldaşlıq etmişdi. Lakin Bredli Kuperin iştirak etdiyi bu yeni layihə, 2021-ci ildə uğursuzluğa düçar olan "İlan gözləri" (Snake Eyes) spin-offundan bəri franşizanın ilk böyükmiqyaslı filmi olacaq.
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir? Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq "Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 02 Oktyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















