Icma.az
close
up
RU
Brejnev Ştirlisin tapılmasını niyə əmr edib?

Brejnev Ştirlisin tapılmasını niyə əmr edib?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Sovet televiziyasının ən populyar ekran əsərlərindən biri olan “Baharın on yeddi anı” filmi təkcə tamaşaçıların yaddaşında deyil, həm də çəkiliş prosesi ilə bağlı saysız əhvalatlarla kino tarixində iz buraxıb. AzPost bildirir ki, Ştirlis obrazını canlandıran məşhur rus aktyoru Vyaçeslav Tixonovun başına gələn hadisələr isə bu ekran əsərinin nə qədər böyük təsir gücünə malik olduğunu bir daha göstərir.

Tixonovun özü sonralar danışırdı ki, bağ evində istirahət edərkən qəfil ürək ağrısı hiss edib və gecə vaxtı onu yaxınlıqdakı hərbi hospitala aparıblar. Həkim qəbul zamanı anketi doldurarkən aktyordan hərbi rütbəsini soruşub. Tixonov isə adət etdiyi kimi “Standartenfürer” cavabını verib. Həkimin təəccüblə başını qaldıraraq “Bağışlayın, sizi tanımadım…” deməsi həmin illərdə Ştirlis obrazının xalqın təxəyyülündə real şəxs kimi qavranıldığını göstərən ən yaddaqalan epizodlardan biri idi.

Almaniyada aparılan çəkilişlər zamanı aktyorun real hərbi forma ilə mehmanxanadan çıxıb piyada çəkiliş yerinə getməsi isə demək olar ki, onun həbs olunması ilə nəticələnirmiş. Ştandartenfürer formasını görən berlinlilər onu dərhal saxlayıb polisə təhvil vermək istəyiblər. Yalnız çəkiliş qrupunun vaxtında yetişməsi aktyoru xoşagəlməz vəziyyətdən xilas edib.

Filmin digər epizodları da maraqlı faktlarla yadda qalıb. Məsələn, kibrit çöplərindən heyvan fiqurlarının düzəldildiyi kadrda əslində Tixonovun yox, filmin rəssamı Feliks Rostotskinin qolu çəkilib. Çünki aktyorun biləyində “Slava” yazılmış döymə vardı və onun gizlədilməsi mümkün olmamışdı.

Eləcə də, SS əməkdaşlarının uşağa işgəncə verdiyi məşhur səhnədə çəkiliş prosesində bir yox, bir neçə uşaq iştirak edib. Uşaqlar uşaq evindən gətirilir, hər kadrdan sonra dəyişdirilirdi ki, aclıq və yorğunluqdan təsirlənməsinlər. Həmin səhnə guya soyuqda çəkilir kimi göstərilsə də, əslində studiya isti idi və uşaqlar hətta kameraya gülümsəyirdilər. Bu səbəbdən səs operatoru xüsusi olaraq uşaq evinə gedib ağlama səsi yazdırmalı olub.

Filmin musiqilərinin ifası üçün əvvəlcə Müslüm Maqomayev dəvət edilib. O, oxusa da, rejissorun tələbindən sonra yenidən ifa etməkdən imtina edib. Daha sonra Valeriy Obodzinskiy və Valentina Tolkunova da mahnıları səsləndiriblər. Sonda isə 16-cı ifaçı kimi İosif Kobzonun variantı qəbul edilib. Maraqlısı budur ki, titrlərdə Kobzonun adı yoxdur – çünki titrlər səs yazılar təsdiqlənməmişdən əvvəl hazırlanmışdı.

“Baharın on yeddi anı” 1973-cü ilin avqustunda nümayiş olunanda SSRİ-də misilsiz populyarlıq qazanıb. O dərəcədə ki, milisin rəsmi məlumatına görə, filmin yayımlandığı saatlarda ölkədə cinayətkarlıq kəskin azalıb, Moskva küçələrində tam sakitlik hökm sürüb. Hamı evdə televizorun qarşısında serialı izləyirmiş.

Filmin Macarıstanda nümayişi zamanı yaşanan əhvalat isə daha bir maraqlı fakt kimi yadda qalıb. SSRİ vətəndaşı sərhəddə macar sərhədçidən soruşub ki, “sizin vətəndaşlar niyə Avstriyaya qaçmağa çalışmır?” Sərhədçinin cavabı belə olub: “Hazırda yox, çünki televiziyada sizin ‘Baharın on yeddi anı’ gedir”.

Filmin uğuru o qədər böyük idi ki, “Mosfilm” və televiziya ikinci seriyadan sonra məktub və zənglərlə dolub. Bir qadın yazırdı ki, əri bu filmə baxmaq üçün evdən çıxmır və hətta içkini azaltmağa başlayıb. Rejissor Tatyana Lioznova isə filmin yayımlandığı vaxt özü ekrana baxa bilmirmiş – əsəbi gərginlikdən yalnız pəncərədən müşahidə edirmiş ki, bütün mənzillərdə işıqlar yanır və insanlar seriala baxırlar.

SSRİ-də dolaşan məşhur əfsanəyə görə, Leonid Brejnev obrazdan o qədər təsirlənibmiş ki, “təcili Ştirlisi tapıb mükafatlandırın” deyə göstəriş verib. KQB rəhbəri Andropov isə “elə adam yoxdur, bu uydurulmuş obrazdır” cavabını verib. Brejnev yalnız “təəssüf” deməklə kifayətlənib.

Həmin gün Brejnev aktrisa Yekaterina Qradovaya da zəng edərək roluna görə təşəkkür etmək istəyib. Aktrisa isə bunu zarafat hesab edib telefonu hirslə qapadıb. Yalnız ikinci zəngdən sonra Brejnev ilə danışacağına inandırılıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri