Bərdədə müəllimə “TikTok“dakı təhqirə görə cəzalandırıldı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb.
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, G.R. "TikTok" sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və canlı yayımlar zamanı kişinin şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirib, onun keçmiş həyat yoldaşı və uşaqları barədə də təhqiramiz fikirlər paylaşıb.
Şikayətçi bildirib ki, G.R. uzun müddət onu şantaj edib, sosial şəbəkələrdə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, ailəsinin nüfuzuna xələl gətirib. Buna görə müəllimənin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
G.R. isə ittihamları qəbul etməyib. O, tərəflər arasında şəxsi münaqişənin olduğunu, Şahinin də onu narahat etdiyini iddia edib. Müəllimə həmçinin "TikTok" səhifələrini bağladığını bildirib və himayəsində iki azyaşlı uşağının olduğunu, onlardan birinin ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək məhkəmədən yüngül cəza istəyib.
Məhkəmə araşdırması zamanı sosial şəbəkədə yayılan görüntülər tədqiq edilib və G.R.-nın şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətməsi sübuta yetirilib. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlansa da, şikayətçi onun cəzalandırılmasında israr edib.
Məhkəmənin hökmü ilə G.R. 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq.
Baxış sayı:121
Bu xəbər 28 Oktyabr 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















