Icma.az
close
up
RU
Brent neftinin qiyməti 65 dollardan aşağı düşdü Azalmanın səbəbi açıqlandı

Brent neftinin qiyməti 65 dollardan aşağı düşdü Azalmanın səbəbi açıqlandı

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Londonun ICE birjasında Brent neftinin iyun ayı üzrə fyuçerslərinin qiyməti bir barel üçün 64,73 dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu, əvvəlki hərracların bağlanış qiymətindən 5,41 dollar və ya 7,71% aşağıdır.
Nyu-Yorkun NYMEX elektron birjasında isə may ayı üçün WTI markalı neftin fyuçersləri də bu müddət ərzində 5,63 dollar və ya 8,41% ucuzlaşaraq 61,32 dollar/barel səviyyəsinə düşüb.
Analitiklər bildirirlər ki, Donald Trampın təqdim etdiyi yeni rüsumlar fonunda bazarda neftə və digər xammallara tələbatın azalacağı gözlənilir. Bu da qiymətlərin aşağı düşməsinə səbəb olan əsas amillərdəndir.
Əlavə neqativ faktor isə OPEC+ ölkələrinin hasilatı əvvəlkindən daha sürətli şəkildə artırmaq qərarı olub. Belə ki, kartelə daxil olan səkkiz ölkə may ayından etibarən neft hasilatını 411 min barel artırmaqla, əvvəlki məhdudiyyətlərin aradan qaldırılmasını sürətləndirməyə qərar verib.
Qiymət enişi həmçinin Çinin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün mallara 34 faiz əlavə rüsum tətbiq edəcəyi xəbəri ilə daha da dərinləşib.
“Goldman Sachs” analitikləri isə 2025 və 2026-cı illər üçün neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıblar. Onlar ticarət müharibələrinin kəskinləşməsi və OPEC+ ölkələrinin təchizat artımı səbəbindən qlobal tələbin zəifləyəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, Donald Tramp aprelin 2-də ABŞ-da “Azadlıq Günü” elan edib və həmin gün onlarla ölkəyə 10%-dən 50%-ə qədər “qarşılıqlı” tariflər tətbiq olunub. Məsələn, Avropa İttifaqı üçün 20%, Çin üçün 34%, Qazaxıstan üçün isə 27% rüsum müəyyən edilib. Dolların dəyəri Trampın bu qərarına cavab olaraq 2022-ci ildən bəri ən böyük enişi yaşayıb.
Tramp isə aprelin 3-də iqtisadiyyatın reaksiyasını şərh edərkən bildirib: “Əməliyyat tamamlandı. Xəstə sağ qaldı və sağalır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Aprel 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri