“Breyn rinq” yarışının finalında Şəki Zaqatala bölgəsini “Zəfər” komandası təmsil edəcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Şəki, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə qurumun və onun yerli bölmələrinin arasında keçirilən “Breyn-rinq” intellektual yarışının Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə yerli turunun qalibi müəyyənləşib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual yarışda hər biri 6 nəfərdən ibarət olan 4 komanda mübarizə aparıb. Maraqlı və gərgin keçən oyunun sonunda “Zəfər” komandası qalib gələrək yarışın final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, layihənin məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun yerli bölmələri arasında komanda quruculuğunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlıq ruhunun gücləndirilməsidir. Yarışın yekun mərhələsində Agentliyin və 13 yerli bölmənin qalib komandaları mübarizə aparacaqlar. Yekun nəticələrə əsasən, finalda ilk üç yeri tutan komandalar xüsusi mükafatlarla təltif olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















