Icma.az
close
up
RU
BRICS in çoxqütblü dünya nizamına dəstəyini zəiflətmək çətindir

BRICS in çoxqütblü dünya nizamına dəstəyini zəiflətmək çətindir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp BRICS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib. “Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik". Bu sözləri Tramp öz Truth Social hesabında yazıb. ABŞ prezidenti BRICS-in “antiamerikan siyasəti” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, BRICS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi - liderlər ilk dəfə 2009-cu ildə görüşdülər. Daha sonra bloka Cənubi Afrika, keçən il isə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşuldu.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın BRICS ölkələrinə qarşı 10% əlavə rüsum təhdidi ilk baxışda siyasi və iqtisadi təzyiq vasitəsi kimi görünür, lakin bunun təşkilatı dağıtmaq cəhdindən daha çox geosiyasi rəqabət strategiyasıdır.

Tural İsmayılov

“Trampın “antiAmerika siyasətləri” kimi qeyri-müəyyən ifadə ilə BRICS-ə dəstək verən ölkələri hədəf alması onun “Amerika birinci” doktrinasını gücləndirmək məqsədi daşıyır. BRICS qlobal iqtisadiyyatda təxminən 40% paya və dünya əhalisinin yarısına sahib olan bir qurum olaraq ABŞ-ın hegemon iqtisadi mövqeyinə potensial təhdid yaradır. Bu təhdid xüsusilə BRICS ölkələrinin dolların hegemonluğuna qarşı alternativ ticarət və maliyyə mexanizmləri axtarması ilə daha da aktuallaşır”-deyən politoloq qeyd edib ki, Donald Trampın əvvəllər BRICS-in dolları əvəzləyəcək valyuta planlarına qarşı 100% rüsum təhdidi də bu kontekstdə eyni strategiyanın bir hissəsidir.

“BRICS-in Rio-de-Janeyro sammitində ABŞ-ın ticarət siyasətlərini pisləyən bəyanatı və İrana dəstək ifadə etməsi Trampın bu addımını tətikləyən amillərdən biri ola bilər. Lakin təşkilatı birbaşa dağıtmaq cəhdi kimi qiymətləndirmək əvəzinə, bu, BRICS ölkələri arasında parçalanma yaratmaq və onların vahid mövqeyini zəiflətmək məqsədi daşıya bilər.

Bəzi BRICS üzvləri, məsələn, Hindistan və Səudiyyə Ərəbistanı ABŞ ilə sıx iqtisadi əlaqələrə malikdir və bu təhdidlər onları BRICS-in daha radikal addımlarından çəkindirməyə xidmət edə bilər. Donald Trampın ticarət müharibəsi taktikasının iqtisadi təsirləri, xüsusilə qlobal təchizat zəncirlərinə və inkişaf etməkdə olan bazarlara zərər verə bilər, bu da BRICS-in daxilində narazılıqları artıra bilər. Ancaq BRICS-in heterogen tərkibi – Rusiya və Çinin anti-Qərb mövqeyi ilə Hindistanın daha neytral duruşu – təşkilatın tam dağılmasını çətinləşdirir. Donald Trampın siyasəti ehtimal ki, qısamüddətli olaraq bəzi ölkələri ABŞ ilə ikitərəfli razılaşmalara sövq edə bilər, lakin uzunmüddətli perspektivdə BRICS-in çoxqütblü dünya nizamına dəstəyini zəiflətmək çətindir”-deyə Tural İsmayılov bildirib.

Politoloq vurğulayıb ki, bu təhdidlər eyni zamanda qlobal ticarət müharibəsini kəskinləşdirərək iqtisadi qeyri-müəyyənliyi artıra bilər: “Məsələn, neft qiymətlərinin düşməsi kimi bazar reaksiyaları artıq müşahidə olunur. Nəticədə, Trampın strategiyası BRICS-i dağıtmaqdan daha çox onun qlobal təsirini məhdudlaşdırmaq və ABŞ-ın iqtisadi üstünlüyünü qorumaq məqsədi güdür. Bu, həm də daxili auditoriyaya yönəlik populist bir addım kimi qiymətləndirilə bilər, çünki Tramp öz siyasətini “Amerikanın maraqlarını müdafiə” kimi təqdim edir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri