Icma.az
close
up
RU
Dünya artıq çoxqütblü böhrana daxil olub TƏHLİL

Dünya artıq çoxqütblü böhrana daxil olub TƏHLİL

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreya ilə Şimali Koreya arasındakı son gərginliklər də bunu göstərir


“İndidən görünür ki, İngiltərə və ABŞ-nin dominant rolu zəifləyir, Çin, Türkiyə və digər regional güclər yeni dövrün əsas oyunçuları kimi ortaya çıxır”


Cənubi Koreyada iqtidar-müxalifət qarşıdurması yaşanır. Parlamentin impiçment müzakirəsinin subyekti olan Prezident Yun Sok Yol silahlı qüvvələrin köməyi ilə  parlamentin fəaliyyətini dayandırmağa çalışır. Parlament isə hazırda müxalifətin nəzarətindədir.  

“Yonhap” agentliyinin məlumatında qeyd edilib ki, iqtidar müxalifəti Şimali Koreyaya dəstək göstərdiyi iddiası ilə ölkədə hərbi vəziyyət elan edib. Prezident isə azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb. Xalq isə hərbi vəziyyətə etiraz edərək küçələrə axın edib. Onlar bu qərarın mənasız olduğunu düşünürlər. Güman edirlər ki, bu iddia ilə iqtidar parlamenti müxalifətdən təmizləməyə çalışır.

Etirazlardan sonra Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə tətbiq edilmiş hərbi vəziyyəti ləğv edib. Qərar bölgədə gərginliyin azalması və hərbi təhlükələrin neytrallaşdırılması fonunda verilib. Prezident Yun Sok Yol bununla əlaqədar olaraq hökumət strukturlarına normal fəaliyyətə qayıtmaq göstərişi verib.

Siyasi şərhçi  Zəfər Əliyev “Sherg.az” açıqlamasında deyib ki, Cənubi Koreyada ordu hazırda iqtidarın əlində olduğu üçün istədiklərinə nail olmaq daha asandır. Lakin xalq izdihamı mütləq təsirini göstərəcək. Bu hadisədən sonra  Şimal və Cənub arasında münasibətlərin normallaşmasının artıq çətin olduğunu vurğulayan siyasi şərhçi deyib ki, Cənubi Koreya ilə Şimali Koreya arasındakı son gərginliklər dünyanın artıq çoxqütblü böhrana daxil olduğunu göstərir: “Uzun illər ərzində hər iki ölkə arasında münaqişə müəyyən "sabit böhran" səviyyəsində qalsa da, hazırkı vəziyyətin daha dinamik olması xüsusi diqqət çəkir. Bu gərginliklər bir neçə səbəbə əsaslanır ki, onlardan biri də regional iddiaların güclənməsidir. Şimali Koreya öz nüvə və ballistik raket proqramlarını sürətləndirib. Bu, Cənubi Koreyanı və müttəfiqlərini daha aqressiv hərbi strategiya qəbul etməyə vadar edir. Digər səbəb isə qlobal əlaqə nöqtələrinin yaranmasıdır.  

Dünyanın müxtəlif bölgələrində oxşar böhranlar (Rusiya-Ukrayna müharibəsi, Fələstin-İsrail münaqişəsi, Çin-Tayvan məsələsi) böyük güclərin diqqətini yayındıraraq yerli liderləri daha müstəqil addımlar atmağa həvəsləndirir”.

Üçüncü nüans olaraq yeni geosiyasi dizaynın tələblərinə toxunan Z.Əliyev qeyd edib ki, tarixən İngiltərə və ABŞ-nin cızdığı qlobal sərhədlər müasir dövrdə problemləri həll etməkdə çətinlik çəkir: “Dünya artıq yeni siyasi və iqtisadi qütblər formalaşdırır. Çinin "Bir kəmər, bir yol" layihəsi, Rusiyanın enerji siyasəti, İsrailin Vəd edilmiş torpaqlar məsələsi (Arzı-Mevud) və Hindistanın yüksəlişi yeni qlobal xəritənin qaçılmaz olduğunu göstərir. Bu "xəritəni" kimin cızacağı sualı isə naməlumdur. Yəqin ki, gələcək münaqişələrdən qalib çıxan, resurslara və texnoloji inkişafa nəzarət edən ölkələr bu prosesdə əsas söz sahibi olacaq. Ancaq indidən görünür ki, İngiltərə və ABŞ-nin dominant rolu zəifləyir, Çin, Türkiyə və digər regional güclər yeni dövrün əsas oyunçuları kimi ortaya çıxır. Hər kəs Trampın hakimiyyətə gəlməsini böyük ümidlə gözləyir, lakin zənnimcə, Tramp belə hakimiyyətə gəlsə, artıq qlobal sülhü bərqərar edə bilmək iqtidarında olmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri