Icma.az
close
up
RU
Bright Uzbekistan : Qeyri neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib

Bright Uzbekistan : Qeyri neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Azərbaycan-Özbəkistan tərəfdaşlığı barədə "Bright Uzbekistan" beynəlxalq jurnalına müsahibə verib.

Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri müsahibəsində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin xalqlarımızın ortaq tarixi, ənənələri, mədəniyyəti və dəyərləri üzərində formalaşdığını vurğulayıb. Bu dərin köklərə əsaslanan əlaqələr ikitərəfli əməkdaşlığın davamlı inkişafı üçün möhkəm təməl rolunu oynayır:

"Xüsusilə, dövlət başçılarımızın qarşılıqlı səfərləri, yüksəksəviyyəli görüşləri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını yeni, daha keyfiyyətli mərhələyə yüksəltməklə qarşılıqlı faydalı əməkdaşlığın dayanıqlı inkişafına stimul verir. Dövlət başçılarımızın iştirakı ilə işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan xalqı adından hədiyyə edilmiş Mirzə Uluqbəy adına məktəbin açılışını xüsusi qeyd etmək istərdim. Bu məktəb Qarabağın bərpası prosesində xarici dövlət tərəfindən verilən ilk hədiyyə idi və biz bu qardaşlıq, həmrəylik və dəstək nümunəsini yüksək qiymətləndiririk".

İqtisadiyyat naziri qeyd edib ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişaf və cəmiyyət tərəfindən yüksək qiymətləndirilən ciddi iqtisadi islahatlar yolu ilə irəliləyir. Həyata keçirilən struktur dəyişiklikləri və qeyri-neft-qaz sektorunun şaxələndirilməsi nəticəsində bu sahə artıq ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib:

"Son illər ölkəmiz qeyri-neft-qaz sektorunu böyük səylə inkişaf etdirir. Bu sektorun əsas prioritet sahələri kimi İKT, turizm, nəqliyyat, enerji - xüsusilə bərpaolunan və alternativ enerji mənbələri - aqrar məhsulların emalını qeyd etmək olar".

Mikayıl Cabbarov müasir texnologiyaların geniş tətbiqi və yüksək rəqabətqabiliyyətli insan kapitalının milli iqtisadiyyatın aparıcı sahələrinə cəlb olunmasının məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına, daxili istehsalın diversifikasiyasına və qlobal dəyər zəncirlərinə səmərəli inteqrasiyasına şərait yaratdığını vurğulayıb:

"Son illər iqtisadiyyatda aparılan əhəmiyyətli struktur dəyişiklikləri və uğurlu diversifikasiya siyasəti nəticəsində qeyri-neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas inkişaf amilinə çevrilib. Çoxvektorlu iqtisadi siyasət, işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası üzrə genişmiqyaslı tədbirlər, eləcə də iqtisadiyyatın şaxələndirilməsi üzrə görülən tədbirlər orta və uzunmüddətli perspektivdə davamlı artımı və inkişafı təmin edir".

Nazir əlavə edib ki, gələcək uğurların təmin olunması, iqtisadi artım tempinin sürətləndirilməsinin təmin edilməsi üçün Azərbaycanı növbəti mərhələdə yeni çağırışlar gözləyir. Qarşıya qoyulmuş məqsədlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ətraflı əks olunub. Strategiyanın həyata keçirilməsi çərçivəsində iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi, investisiyaların artırılması, innovasiya ekosisteminin gücləndirilməsi və stimullaşdırıcı mexanizmlərin effektiv tətbiqi istiqamətində addımlar atılır.

Nazir qeyd edib ki, ölkəmiz yalnız neft sektorunda deyil, həm də neftdənkənar sahələrdə - sənaye, tikinti, kənd təsərrüfatı və başqa sahələrdə - beynəlxalq "qeyri-neftə yönəlmiş" gündəmin fəal iştirakçısıdır və regional, beynəlxalq səviyyəli ən böyük tədbirlərin təşəbbüskarıdır. Vurğulanıb ki, 2023-cü ildə Bakıda keçirilən SPECA İqtisadi Forumu regional əməkdaşlığın yeni mərhələsini açıb. Bundan başqa, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 çərçivəsində irəli sürülən təşəbbüslər Azərbaycanın, Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın müxtəlif sferaları və istiqamətləri əhatə edərək çoxvektorlu olduğu, həmçinin iki ölkənin biznes nümayəndələrinin müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələri qurduğu bildirilib. Bu əməkdaşlığın ən bariz nümunələrindən biri avtomobil istehsalı sahəsində əldə olunan əhəmiyyətli nailiyyətlərdir. Hazırda bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyəti və "Azərmaş CP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil istehsalının lokallaşdırılmasına yönəlmiş zavodun təməli qoyulub. Layihənin ümumi investisiya dəyəri 60 milyon ABŞ dollarından çoxdur.

Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb:

"Azərbaycan Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir, nəqliyyat, sənaye kooperasiyası, enerji, tekstil, dağ-mədən, kimya sənayesi, elektrik avadanlıqları kimi sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Bu gün Azərbaycan və Özbəkistan iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə bir çox istiqamətlərdə əməkdaşlıq edirlər, həmçinin çox sayda birgə layihələr reallaşdırırlar".

Nazir bildirib ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə, Özbəkistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə - Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında, o cümlədən Ələt Azaq İqtisadi Zonasında fəaliyyətə cəlb olunması istiqamətində böyük potensial mövcuddur. Xüsusilə, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti və Türk Dövlətləri Təşkilatının iki ölkə arasında iqtisadi ələqələrin dərinləşdirilməsində oynadığı mühüm rolu vurğulanıb. Birgə layihələrin reallaşdırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və gələcək perspektivlər nəzərə çatdırılıb. Mərkəzi Asiyadan başlayaraq Azərbaycan üzərindən Avropaya uzanan "yaşıl enerji körpüsü" təşəbbüsü, bu konteksdə ölkəmizin nəqliyyat-logistika sahəsində malik olduğu strateji potensial qeyd olunub. Orta Dəhlizin imkanlarının genişlənməsi fonunda tranzit-logistika sahəsində əməkdaşlıq perspektivləri, Bakı Beynəlxalq Dəniz Limanının bu dəhlizdə oynadığı rol, birgə investisiya təşəbbüsləri, təcrübə və innovasiya mübadiləsi, rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri