Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“Bright Uzbekistan”: “Qeyri neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib”.

“Bright Uzbekistan”: “Qeyri neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib”.

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Azərbaycan-Özbəkistan tərəfdaşlığı barədə “Bright Uzbekistan” beynəlxalq jurnalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin xalqlarımızın ortaq tarixi, ənənələri, mədəniyyəti və dəyərləri üzərində formalaşdığını vurğulayıb. Bu dərin köklərə əsaslanan əlaqələr ikitərəfli əməkdaşlığın davamlı inkişafı üçün möhkəm təməl rolunu oynayır.

“Xüsusilə, dövət başçılarımızın qarşılıqlı səfərləri, yüksəksəviyyəli görüşləri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını yeni, daha keyfiyyətli mərhələyə yüksəltməklə, qarşılıqlı faydalı əməkdaşlığın dayanıqlı inkişafına stimul verir. Dövlət başçılarımızın iştirakı ilə işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan xalqı adından hədiyyə edilmiş Mirzə Uluqbəy adına məktəbin açılışını xüsusi qeyd etmək istərdim. Bu məktəb Qarabağın bərpası prosesində xarici dövlət tərəfindən verilən ilk hədiyyə idi və biz bu qardaşlıq, həmrəylik və dəstək nümunəsini yüksək qiymətləndiririk”, - deyə nazir vurğulayıb.

İqtisadiyyat naziri qeyd edib ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişaf və cəmiyyət tərəfindən yüksək qiymətləndirilən ciddi iqtisadi islahatlar yolu ilə irəliləyir. Həyata keçirilən struktur dəyişiklikləri və qeyri-neft-qaz sektorunun şaxələndirilməsi nəticəsində bu sahə artıq ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib: “Son illər ölkəmiz qeyri-neft-qaz sektorunu uğurla inkişaf etdirir. Bu sektorun əsas prioritet sahələri kimi İKT, turizm, nəqliyyat, enerji - xüsusilə bərpa olunan və alternativ enerji mənbələri – aqrar məhsulların emalını qeyd etmək olar”.

Mikayıl Cabbarov müasir texnologiyaların geniş tətbiqi və yüksək rəqabətqabiliyyətli insan kapitalının milli iqtisadiyyatın aparıcı sahələrinə cəlb olunmasının məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına, daxili istehsalın diversifikasiyasına və qlobal dəyər zəncirlərinə səmərəli inteqrasiyasına şərait yaratdığını vurğulayıb: “Son illər iqtisadiyyatda aparılan əhəmiyyətli struktur dəyişiklikləri və uğurlu diversifikasiya siyasəti nəticəsində qeyri-neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas inkişaf amilinə çevrilib. Çoxvektorlu iqtisadi siyasət, işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası üzrə genişmiqyaslı tədbirlər, eləcə də iqtisadiyyatın şaxələndirilməsi üzrə görülən tədbirlər orta və uzunmüddətli perspektivdə davamlı artımı və inkişafı təmin edir”.

Nazir əlavə edib ki, gələcək uğurların təmin olunması, iqtisadi artım tempinin sürətləndirilməsinin təmin edilməsi üçün Azərbaycanı növbəti mərhələdə yeni çağırışlar gözləyir. Qarşıya qoyulmuş məqsədlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ətraflı əks olunub. Strategiyanın həyata keçirilməsi çərçivəsində iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi, investisiyaların artırılması, innovasiya ekosisteminin gücləndirilməsi və stimullaşdırıcı mexanizmlərin effektiv tətbiqi istiqamətində addımlar atılır.

Nazir qeyd edib ki, ölkəmiz yalnız neft sektorunda deyil, həm də neftdənkənar sahələrdə - sənaye, tikinti, kənd təsərrüfatı və başqa sahələrdə - beynəlxalq “qeyri-neftə yönəlmiş” gündəmin fəal iştirakçısıdır və regional, beynəlxalq səviyyəli ən böyük tədbirlərin təşəbbüskarıdır. Vurğulanıb ki, 2023-cü ildə Bakıda keçirilən SPECA İqtisadi Forumu regional əməkdaşlığın yeni mərhələsini açıb. Bundan başqa, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 çərçivəsində irəli sürülən təşəbbüslər Azərbaycanın, Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın müxtəlif sferaları və istiqamətləri əhatə edərək çoxvektorlu olduğu, həmçinin iki ölkənin biznes nümayəndələrinin müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələri qurduğu bildirilib. Bu əməkdaşlığın ən bariz nümunələrindən biri avtomobil istehsalı sahəsində əldə olunan əhəmiyyətli nailiyyətlərdir. Hazırda bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində Özbəkistanın “Uzavtosanoat" Səhmdar Cəmiyyəti və "Azərmaş CP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil istehsalının lokallaşdırılmasına yönəlmiş zavodun təməli qoyulub. Layihənin ümumi investisiya dəyəri 60 milyon ABŞ dollarından çoxdur.

M. Cabbarov, həmçinin Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb: “Azərbaycan Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir, nəqliyyat, sənaye kooperasiyası, enerji, tekstil, dağ-mədən, kimya sənayesi, elektrik avadanlıqları kimi sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Bu gün Azərbaycan və Özbəkistan iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə bir çox istiqamətlərdə əməkdaşlıq edir, eləcə də çox sayda birgə layihələr reallaşdırırlar”.

Nazir bildirib ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə, Özbəkistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə - Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, o cümlədən Ələt Azaq İqtisadi Zonasında fəaliyyətə cəlb olunması istiqamətində böyük potensial mövcuddur. Xüsusilə, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti və Türk Dövlətləri Təşkilatının iki ölkə arasında iqtisadi ələqələrin dərinləşdirilməsində oynadığı mühüm rolu vurğulanıb. Birgə layihələrin reallaşdırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və gələcək perspektivlər nəzərə çatdırılıb. Mərkəzi Asiyadan başlayaraq Azərbaycan üzərindən Avropaya uzanan “yaşıl enerji körpüsü” təşəbbüsü, bu konteksdə ölkəmizin nəqliyyat-logistika sahəsində malik olduğu strateji potensial qeyd olunub. Orta Dəhlizin imkanlarının genişlənməsi fonunda tranzit-logistika sahəsində əməkdaşlıq perspektivləri, Bakı Beynəlxalq Dəniz Limanının bu dəhlizdə oynadığı rol, birgə investisiya təşəbbüsləri, təcrübə və innovasiya mübadiləsi, rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16783

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see998

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see143

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see128

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see126

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see124

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see120

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri