Britaniya 100 min keçmiş hərbçini ayağa qaldırdı Soyuq müharibədən bəri ilk!
Icma.az bildirir, Bakupost portalına istinadən.
Böyük Britaniya Müdafiə Nazirliyi keçmiş hərbçiləri hərbi əməliyyatlara hazırlaşmağa və NATO təlimlərində könüllü iştiraka çağırıb.
“Bakupost” xəbər verir ki, “Telegraph” nəşri belə bir məlumatla çıxış edib.
Hesabatda deyilir ki, soyuq müharibədən bəri ilk dəfə olaraq strateji ehtiyatın təxminən 100.000 üzvünə məktublar göndərilib.
Bu yaxınlarda hərbi xidmətini başa vuran, lakin müstəsna hallarda xidmətə qayıtmağa sadiq qalan veteranlar qarşıdan gələn yaz ayları üçün planlaşdırılan NATO-nun "Steadfast Defender" təlimlərində iştirak etməyə dəvət olunublar.
Böyük Britaniyanın bu çağırışı Qərblə Rusiya arasında müharibənin qaçılmaz olduğuna işarə sayıla bilər?
Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, Rusiya ilə müharibə ümumiyyətlə hər bir zaman qaçılmazdır:
“Rusiya imperiyasının fəaliyyəti dövründən üzü bu yana həmişə onlar təhdid, təhlükə mərkəzi ocağı olub. İndi də həmin proses davam etməkdədir. Onun ən pik səviyyəsi İkinci Dünya Müharibəsinə təsadüf edib. Bundan sonra sovet rejimi Avropanın böyük hissəsini özünə tabe etdi”.
Müsahibimizin sözlərinə görə, Avropa ilə Rusiyanın birbaşa savaşa başlamaları ehtimalı çox yüksəkdir:
“Hazırda da Rusiya Ukraynaya qarşı işğalçı siyasət yürüdür. Belədə hələlik sözdə olsa da, tez-tez Avropa ölkələrini də təhdid edir. Mövcud vəziyyətdə NATO-ya üzv Avropa ölkələri də öz hərbi güclərini artırmaq məcburiyyətində qalıblar. Qitə ölkələrində hərbi xərclər və silah istehsalı xeyli artıb. Bu fonda hərbi təlimlər də intensiv xarakter almağa başlayıb”.
Ekspert ABŞ-dən gələn mesajlara istinadən qeyd edir ki, Rusiya Ukrayna üzərində qələbə çalandan sonra növbə Avropaya da çatacaq:
“Bu kimi mesajlar Rusiyanın təhlükə mənbəyi olaraq qaldığını deməyə əsas verir. Mövcud vəziyyətdə Böyük Britaniya hərbi təlimlərə veteranları da cəlb etməklə perspektivdə Rusiya ilə başlanma ehtimalı çox yüksək olan müharibədə güc balansını qorumağa çalışır. Ona görə də ordudan tərxis olunan və orduda xidmət etmək arzusunda olan veteranları da prosesə cəlb etmək istəyir”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















