Icma.az
close
up
RU
Soyuq müharibədən bəri ən təhlükəli dövrdəyik

Soyuq müharibədən bəri ən təhlükəli dövrdəyik

Icma.az, Olke.az saytına istinadən bildirir.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riçard Nayton bildirib ki, hazırda ölkə üçün risk və təhdidlər Soyuq müharibənin başa çatmasından bəri ən yüksək səviyyəyə çatıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə o, BBC Radio 4-ün efirində danışıb.

"Bu mənim xatırladığım ən təhlükəli dövrdür", - deyə R.Nayton bildirib.

Onun sözlərinə görə, Rusiya Böyük Britaniyanın müdafiə sistemini "yoxlayır, sınağa çəkir və çağırış edir", eyni zamanda vəziyyəti daha da gərginləşdirərək təhlükəli həddi keçmək riski yaradır.

Nayton qeyd edib ki, Britaniya ordusu son onilliklərdə əsasən qısamüddətli münaqişələrə hazırlaşıb. Lakin indi ölkə daha uzunmüddətli müharibələrə hazır olmalıdır.

"Biz müdafiəyə daha çox vəsait ayırmalı və bunu daha sürətlə etməliyik. Resursların yenidən bölüşdürülməsi ilə bağlı çətin qərarlar qəbul etmək nazirlərin vəzifəsidir", - deyə o vurğulayıb.

Baş Qərargah rəisi həmçinin Rusiyanın uzaqmənzilli aviasiyasının Uzaq Şimal bölgəsində fəallığının artdığını bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bir gün əvvəl bəyan edib ki, həm Britaniya kəşfiyyatı, həm də NATO-nun bəzi üzvləri Rusiyanın artıq 2030-cu ildə alyansa hücum edə biləcəyini istisna etmirlər. Onun sözlərinə görə, bu, müdafiə xərclərinin artırılmasının təcili və prioritet məsələ olduğunu göstərir.

NATO rəhbərliyi də daha əvvəl dəfələrlə Rusiya ilə mümkün qarşıdurma riskindən narahatlığını ifadə edib. Alyansın baş katibi Mark Rütte üzv ölkələri Moskvanın yaratdığı təhlükə qarşısında "sadəlövh olmamağa" və müdafiə xərclərini artırmağa çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri