Icma.az
close
up
RU
Nazir: Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək

Nazir: Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 14 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti Azərbaycana və Ermənistana silah tədarükünə tətbiq edilən embarqonu tam şəkildə ləğv etmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti bildirib.

Nazirin açıqlamasında Cənubi Qafqazda sülh prosesində əldə olunan tarixi irəliləyişlərə istinad edilib. O deyib ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş üçtərəfli sülh sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi paraflanıb və Birgə Bəyannamə imzalanıb.

Bu Bəyannamədə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, eləcə də Ermənistanın suverenliyinə hörmət edilməklə Azərbaycanın Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin olunması barədə razılığa gəlinib. Böyük Britaniya tərəfi bu addımı Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün dönüş nöqtəsi kimi qiymətləndirib.

Nazir Dauti diqqətə çatdırıb ki, əldə olunan irəliləyişləri nəzərə alaraq, London Azərbaycan və Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək. Yeni tərəfdaşlıq çərçivəsində ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq gücləndiriləcək, nazirlər səviyyəsində illik görüşlər keçiriləcək. “Vaşinqton Sammitinin tarixi nəticələrini və Cənubi Qafqazda sülhün irəliləməsini nəzərə alaraq, 1992-ci ildə ATƏT tərəfindən tövsiyə olunan silah embarqosunun əsasları artıq mövcud deyil. Bu səbəbdən Böyük Britaniya Ermənistana və Azərbaycana tətbiq olunan silah embarqosunu tam şəkildə ləğv edəcək”, - deyə o bildirib.

Vurğulanıb ki, bu qərar Böyük Britaniyanın hər iki ölkə ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığını yeni mərhələyə daşıyacaq, onların suverenliyinin və ərazi bütövlüyünün qorunmasına dəstək verəcək.

Nazir, həmçinin bildirib ki, silah ixracı ilə bağlı bütün lisenziyalar fərdi qaydada və ciddi qiymətləndirmə meyarlarına əsasən veriləcək, bölgədəki vəziyyət isə daimi nəzarətdə saxlanılacaq.

Sonda S. Dauti qeyd edib ki, Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın möhkəmlənməsi üçün fəal rol oynamağa hazırdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri