Icma.az
close
up
RU
Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri

Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az “Report”a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin press-relizində bildirilir.
Görüşə Böyük Britaniya hökumətinin nazirləri - energetika naziri Ed Milibend, inkişaf naziri Anneliz Dodds və ekologiya naziri Stiv Rid rəhbərlik ediblər.
Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsinə, iqlim dəyişkənliyinə dayanıqlılığa sərmayə yatırılmasının sürətləndirilməsinə və plastik çirklənməyə son qoymaq üzrə qlobal razılaşmaya həsr olunub.
“Görüşlər Böyük Britaniyanın özəl sektordan və maliyyə institutlarından daha çox maliyyə cəlb etmək üçün yeni və genişləndirilmiş maliyyələşdirmə hədəfinə nail olmaqda aparıcı rol oynamağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinin azaldılması üçün yardımı genişləndirməyi planlaşdırdığı COP29-dan əvvəl baş tutub”, - məlumatda deyilir.
İqlim modellərinin dəyişməsi Braziliyanın Amazon bölgəsinin bütün müşahidə tarixi ərzində ən ciddi quraqlıqlardan birini yaşamasına gətirib çıxarıb, Banqladeşdə getdikcə artan şiddətli daşqınlar və fırtınalar isə alçaqda yerləşən regionları dəniz səviyyəsinin yüksəlməsi ilə su altında qalmaq riski ilə üz-üzə qoyur. Həm Böyük Britaniyada, həm də dünyada iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyini, iqtisadi artımı və indiki və gələcək nəsillərin qorunmasını təmin etmək üçün vacibdir.
Hər bir dəyirmi masada hökumətin iqlim gündəliyini dəstəkləmək üçün iştirakçılarla razılaşmaların əldə edilməsinə və Bakıda səmərəli dialoq üçün zəmin yaradılmasına diqqət yetirilirdi.
Energetika naziri Milibendin moderatorluğu ilə “yaşıl” enerjiyə keçid üçün maliyyənin səfərbər edilməsinə dair dəyirmi masada həmçinin BEA-nın icraçı direktoru Fatih Birol, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende də iştirak ediblər.
“İştirakçılar razılaşdılar ki, formalaşmaqda olan bazara və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə təmiz enerjiyə sərmayənin artırılması qlobal səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq - 2030-cu ilə qədər bərpa olunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyi göstəricilərini ikiqat artırmaq üçün açardır və bu, Paris Sazişində nəzərdə tutulduğu kimi, qlobal temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmağa imkan verəcək”, - məlumatda deyilir.
“Gələn həftə COP29-da biz iqlim böhranı ilə mübarizədə ambisiyaları artırmaq üçün digər ölkələrlə işləyəcəyik, çünki indi qətiyyətli fəaliyyət zamanıdır”, - Milibend deyib.
İnkişaf naziri Doddsun rəhbərlik etdiyi və uyğunlaşma və dayanıqlılıq üçün iqtisadi əsaslanmanın formalaşdırılması üzrə olan başqa bir dəyirmi masada iştirakçılar iqlim uyğunlaşmasının maliyyələşdirilməsində, xüsusən də nəticələrin yüngülləşdirilməsi ilə müqayisə olunduqda, ciddi boşluq olduğunu və bunun həll edilməsinin zəruriliyini qəbul ediblər. Onlar həmçinin investisiya qərarlarının qəbulu zamanı iqlim risklərinin nəzərə alınmasının təmin edilməsinin zəruriliyindən danışıblar.
“İştirakçılar iqlimə dayanıqlı maliyyələşmə üçün iqtisadi əsasın yaradılması zəruriliyi və dövlət-özəl sektor tərəfdaşlığın bu məqsədə çatmaq üçün vacib olduğu barədə razılığa gəliblər”, - məlumatda deyilir.
Dodds bildirib ki, iqlim dəyişikliyinin təsirlərinə dayanıqlılıq yaratmaq üçün təcili olaraq əlavə tədbirlərə ehtiyac var: “Biz iqlim böhranının getdikcə daha çox dağıdıcı təsirlərinə tab gətirə biləcək qlobal iqtisadiyyat və infrastruktur qurmalıyıq. Bu, özəl maliyyələşdirməni açmaq və lazım olan 387 milyard dollara çatmaq üçün bütün qlobal maliyyə sisteminin diqqətini tələb edəcək”.
“Bizim müzakirələrimiz COP29-un iqlimin maliyyələşdirilməsinə diqqətinin əsasını qoyur və birlikdə bu problemin miqyasına cavab verə biləcəyimizə inam yaradır”, - o əlavə edib.
Ekologiya naziri Stiv Ridin sədrliyi ilə plastik çirklənmə ilə bağlı müqaviləyə dair dəyirmi masada aparıcı müəssisələrin, ticarət şirkətlərinin və maliyyə institutlarının rəhbərləri noyabrın sonlarında Pusanda keçiriləcək BMT danışıqlarında plastik çirklənməyə dair iddialı, hüquqi cəhətdən icbari olan sazişin razılaşdırılmasının vacibliyini müzakirə ediblər və 2040-cı ilə qədər plastik çirklənməyə son qoymağa çağıran bəyanat imzalayıblar.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Noyabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri