Icma.az
close
up
RU
Britaniya hökuməti atom enerjisindən istifadə edən suveren AInin inkişafına sərmayə qoyacaq AZƏRTAC

Britaniya hökuməti atom enerjisindən istifadə edən suveren AInin inkişafına sərmayə qoyacaq AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer yanvarın 13-də, bazar ertəsi günü ölkəyə süni intellekt (AI) hesablama gücünü 2030-cu ilə qədər 20 dəfə gücləndirməyə və iqtisadi məhsuldarlığı artırmağa kömək edəcək bir hökumət təşəbbüsünü başlatmaq üçün siyasi bəyanatı verməlidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyada suveren süni intellektin inkişaf proqramının mahiyyəti sadələşdirilmiş tənzimləmə sisteminin yaradılmasına və zəruri infrastrukturun, o cümlədən enerjinin maliyyələşdirilməsinə yönəldiləcək. Böyük Britaniyada atom elektrik stansiyalarının cəmləşdiyi regionlardan başlamaq qərara alınıb və gələcəkdə hesablama klasterlərinin atom elektrik stansiyaları və digər yeni nəsil enerji obyektlərinin yaxınlığında yerləşdirilməsi nəzərdə tutulur.

Böyük Britaniya hökumətinin ambisiyaları bazarda “OpenAI”nin yaranması ilə müqayisə edilən “uğur hekayələri”nin yaradılmasına qədər uzanır. Hazırkı plan Böyük Britaniyada suveren süni intellektin sürətli inkişafına kömək edəcək bir neçə “böyümə zonalarının” yaradılmasını nəzərdə tutur. Ölkə iqtisadiyyatının “OpenAI”dən heç də az olmayan öz “AI çempionları” olmalıdır. Böyük Britaniyada tədris olunan dil modelləri ABŞ şirkətlərinin fəaliyyətindən asılı olmamalıdır, çünki rəsmi London bu fəaliyyəti milli prioritet kimi təsnif edir.

Süni intellekti inkişaf etdirən Böyük Britaniya şirkətləri ölkə iqtisadiyyatının və ənənələrinin xüsusiyyətlərini nəzərə alan modellər yaratmaq üçün istifadə edilən milli məlumat banklarına çıxış əldə edəcəklər. Bəzi bazar iştirakçıları 7 trilyon dollar nağd pula malik Britaniyanın pensiya fondlarını bu vəsaitin bir hissəsini süni intellektlə startapları maliyyələşdirmək üçün istifadə etməyə çağırırlar.

Böyük Britaniyada enerji infrastrukturunun müşayiət olunan inkişafına dövlət rəsmiləri və biznes nümayəndələrinin daxil olduğu xüsusi yaradılmış Şura kömək edəcək. Layihə güclü məlumat mərkəzlərinin nüvə parçalanma texnologiyasına əsaslanan modul nüvə reaktorlarına qoşulmasını nəzərdə tutur. Proqram, həmçinin özəl kapitalın cəlb edilməsi ilə maliyyələşdiriləcək. Böyük Britaniya hökuməti süni intellekt sistemlərinin geniş tətbiqinin milli iqtisadiyyatda məhsuldarlığı hər il 1,5 faiz və on il ərzində ÜDM-i hər il 57 milyard dollar artıracağını gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri