Britaniya səhiyyə üzrə məlumat tədqiqatına 767 milyon dollaradək sərmayə qoyacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 8 aprel, AZƏRTAC
Britaniya hökuməti klinik sınaqların müddətini qısaltmaq və elmi tədqiqatları sürətləndirmək məqsədilə yeni səhiyyə məlumatlarına 600 milyon funt sterlinqə (767 milyon ABŞ dolları) qədər sərmayə yatıracaq.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Kir Starmer açıqlama verib. Yeni sistemin 2026-cı ilin sonundan etibarən fəaliyyətə başlayacağı və tədqiqatçılar üçün təhlükəsiz və istifadəsi asan, vahid məlumat platforma olacağı gözlənilir. Bu isə müxtəlif sistemlər arasında məlumat axtarışını aradan qaldıracaq.
Hökumət hesab edir ki, bu təşəbbüs Britaniyanı xərçəng, demensiya və artrit kimi xəstəliklərin daha tez müalicəsi istiqamətində mühüm irəliləyişə apara bilər.
“Təqdim etdiyim bu tədbirlər tibbi tədqiqatlara güclü təkan verəcək və pasiyentlər üçün daha keyfiyyətli xidmət təmin edəcək”,- deyə Baş nazir K. Starmer vurğulayıb. O, Britaniyanı tibbi tədqiqat sahəsində dünyada ən cəlbedici investisiya məkanı etmək niyyətində olduğunu bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Aprel 2025 04:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















