Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-mart aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 60 milyon 122 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 % azdır.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 98,5 % azalaraq 1 milyon 99 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 76,2 % azalaraq 59 milyon 22 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,02 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















