Britaniya İranın Yaxın Şərqdəki addımlarını öz maraqlarına təhdid adlandırıb
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Böyük Britaniyanın Müdafiə Nazirliyi İranın Yaxın Şərq ölkələrinə və Hörmüzdəki gəmilərə endirdiyi zərbələri Britaniya və onun müttəfiqlərinin maraqlarına təhdid adlandırıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bəyanat Hind okeanındakı Dieqo-Qarsiya adasında ABŞ və Britaniyanın bazasına gecə saatlarında endirilən raket zərbələri fonunda dərc olunub.
"İranın bütün regiona yönələn düşüncəsiz hücumları və Hörmüz boğazı ilə bağlı addımları Britaniyanın maraqlarına və müttəfiqlərinə təhdid yaradır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri və digər hərbi vasitələr regiondakı Britaniya vətəndaşlarının və personalının müdafiəsini davam etdirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 21 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















