Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan qlobal müdafiə bankına qoşula bilər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 16 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti müdafiə xərclərinin maliyyələşdirilməsi üçün yaradılması nəzərdə tutulan qlobal investisiya bankına qoşulmaq imkanını müzakirə edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, maliyyə naziri Con Hili Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq üçün müraciət imkanını nəzərdən keçirir. Onun sələfi Reyçel Rivz daha əvvəl bu təşəbbüsə qoşulmaq ideyasını dəstəkləməmişdi.
Bankın yaradılmasına Kanada rəhbərlik edir. Təşəbbüsün tərəfdarları hesab edirlər ki, mexanizm hökumətlərə daha aşağı faizlə borclanmağa və bununla da müdafiə layihələrinə daha çox vəsait ayırmağa imkan verə bilər. DSRB hazırda Albaniya, Belçika, Bolqarıstan, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukraynanın dəstəyini alıb. Böyük Britaniya və digər G7 ölkələrinin banka qoşulması ilkin mərhələdə üç il ərzində təxminən 870 milyon funt sterlinq investisiya tələb edə bilər.
Böyük Britaniya Maliyyə Nazirliyi isə hələlik yekun qərarın verilmədiyini bildirib. Hökumət nümayəndəsi Londonun beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə sənayesinin istehsal imkanlarının genişləndirilməsinə sadiq olduğunu qeyd edib.
Bu arada NATO-nun Baş katibi Mark Rütte sentyabrın 16-da Böyük Britaniyaya səfər edir. O, Baş nazir Endi Börnhemlə ilk üzbəüz görüş keçirəcək, həmçinin Oksfordşirdə çıxış edəcək. NATO-nun məlumatına görə, Rüttenin Britaniyaya səfəri sentyabrın 16-17-ni əhatə edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 Sentyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















