Britaniya limanında 100 milyon dəyərində kokain müsadirə edilib
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyada səlahiyyətli qurumlar ölkənin limanlarından birində təxminən 100 milyon funt sterlinq (137,2 milyon dollar) dəyərində 2,4 ton kokain ələ keçirib.
“Sky News”-in verdiyi məlumata görə, narkotik vasitə Panamadan gələn gəminin konteynerlərində gizlədilmiş formada Esseks qraflığının Terrok şəhərində yerləşən London Qeytvey limanında aşkar olunub.
Bu barədə açıqlama verən Böyük Britaniya Sərhəd Qüvvələrinin rəhbəri Çarli İsto bildirib: “Bu ələ keçirmə – bu miqyasda ən böyüklərdən biri – sərhəd qüvvələrinin cinayətkar dəstələrin təhlükəsinə qarşı daim bir addım öndə olmasının bariz nümunəsidir”.
Məlumata görə, bu əməliyyat Böyük Britaniya tarixində altıncı ən böyük kokain müsadirəsi hesab olunur.
Böyük Britaniya Daxili İşlər Nazirliyinin son statistikalarına əsasən, 2022–2023-cü illər arasında İngiltərə və Uelsdə kokainlə bağlı ölüm hallarında 31 faiz artım qeydə alınıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















