Britaniya “Lukoyl”un Bolqarıstandakı törəmə şirkətləri üçün lisenziyanın müddətini uzadıb
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya Rusiyanın "Lukoyl" şirkətinin Bolqarıstandakı törəmə müəssisələrinə ölkədə fəaliyyət göstərməyə imkan verən ümumi lisenziyanın müddətini 14 fevral 2026-cı ilədək uzadıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin Maliyyə Sanksiyalarının İcra İdarəsi məlumat yayıb.
Lisenziya əlavə olaraq "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" şirkətlərinə də şamil olunub. Daha əvvəl, noyabrın 14-də, oxşar istisnalar "Lukoil Bulgaria" və "Lukoil Neftochim Burgas" şirkətlərinə tətbiq edilmişdi.
Britaniya Maliyyə Nazirliyi qeyd edib ki, müvəqqəti lisenziyalar Rusiya şirkətinə qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq, Bolqarıstandakı "Lukoyl" müəssisələrinin Böyük Britaniyada fəaliyyətini davam etdirməsinə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Noyabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















