Icma.az
close
up
RU
Britaniya miqrantlara daimi yaşayış icazəsinin gözləmə müddətini 20 ilə çatdırmağı planlaşdırır

Britaniya miqrantlara daimi yaşayış icazəsinin gözləmə müddətini 20 ilə çatdırmağı planlaşdırır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Britaniya hökuməti qeyri-qanuni miqrantların ölkədə daimi yaşayış hüququ əldə etməsi üçün tələb olunan gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə çatdırmağı nəzərdə tutur.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud BBC-yə açıqlamasında bildirib.

“Yeni islahat bir neçə nəsil boyunca formalaşmış təsəvvürü dəyişəcək — sığınacaq alan şəxslərin tezliklə daimi yaşayış icazəsi əldə edə bilməsi anlayışı artıq qüvvədə olmayacaq. Biz daha uzunmüddətli, mərhələli bir sistemə keçəcəyik və hər iki ildən bir vəziyyət yenidən qiymətləndiriləcək”, — deyə Mahmud bildirib. Nazir əlavə edib ki, əgər həmin müddət ərzində sığınacaq axtaran şəxsin mənsub olduğu ölkə geri qayıtmaq üçün təhlükəsiz hesab edilərsə, o zaman həmin şəxs vətəninə deportasiya olunacaq.

Mahmud mövcud, ədalətsiz hesab etdiyi miqrasiya sistemindəki dəyişiklikləri “müasir tarixdə ən əhəmiyyətli islahat” adlandırıb. Təklif edilən dəyişikliklərin detalları 17 noyabrda təqdim olunacaq.

Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi ölkənin Avropa İttifaqından çıxışından sonra daha da kəskinləşib. 2018-ci ildən bəri 185 mindən çox qeyri-qanuni miqrant La-Manş boğazını rezin qayıqlarla keçərək krallığa daxil olub. Ötən ilki parlament seçkilərindən sonra formalaşan Leyborist hökuməti Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı gücləndirərək qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almağı vəd etmişdi.

Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin iyunundan 2025-ci ilin iyununa qədər Böyük Britaniyada rekord sayda — 111 084 — sığınacaq müraciəti edilib. Bu, əvvəlki dövrlə müqayisədə 14% çoxdur. Bu göstəriciyə görə Britaniya Avropada Almaniya, İspaniya, Fransa və İtaliyadan sonra beşinci yerdədir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri