Icma.az
close
up
RU
Britaniya Rusiyaya hücum üçün F 35 dən üstün yeni qırıcı təyyarə yaradır

Britaniya Rusiyaya hücum üçün F 35 dən üstün yeni qırıcı təyyarə yaradır

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniya İtaliya və Yaponiya ilə birlikdə 2035-ci ilə qədər istismara verilməsi planlaşdırılan səsdən sürətli, radara görünməyən yeni nəsil qırıcı təyyarə üzərində işləyir.

Qaynarinfo "The Telegraph”a istinadla xəbər verir ki, Britaniyada "Tempest” adlandırılan bu təyyarə uzun məsafəli uçuşlara, böyük döyüş yükü və texnika daşımağa hesablanıb. Onun ölçüləri bu təyyarənin düşmən ərazisinin dərinliklərinə yönəlmiş uzaq məsafəli tapşırıqlar üçün nəzərdə tutulduğunu göstərir.

"Böyük ölçülü təyyarə daha böyük yanacaq çənləri deməkdir. Bu isə daha uzun uçuş məsafəsi və daha çox partlayıcı yük daşımaq imkanı verir. Eyni zamanda bu ölçü sayəsində silahlar gövdənin içində yerləşdirilir, bu da təyyarənin səthini hamarlayaraq onun radarlara görünməsini çətinləşdirir”, – deyə The Telegraph qeyd edir.

"Tempest” digər qırıcılarla, pilotsuz uçuş aparatları, quru qoşunları və peyklərlə inteqrasiya olunacaq texnologiyalarla təchiz ediləcək. Bu isə onun arxa baza ilə rabitənin mümkün olmayacağı uzaq döyüşlərə hazırlandığını göstərir.

Gələcək müharibəyə hazırlıq

Ekspertlər bildirirlər ki, əgər NATO ilə Rusiya arasında müharibə başlasa, bu təyyarə Britaniya aerodromlarından qalxaraq radara görünmədən Rusiyaya daxil olub hava hücumundan müdafiə sistemlərini sıradan çıxaracaq və sonra geri qayıdacaq.

Daha da əhəmiyyətlisi odur ki, uzun uçuş məsafəsi yaponiyalı pilotlara gələcəkdə Sakit okean regionunda Çinin materik hissəsinə dərin zərbələr endirməyə imkan verəcək.

"The Telegraph” yazır ki, layihə "Tempest”in Atlantik okeanını havada yanacaq doldurmadan keçə bilməsini nəzərdə tutur – bu isə indiyə qədər Böyük Britaniya Hərbi Hava Qüvvələrinin heç bir qırıcısı üçün mümkün olmayıb.

"Hətta təyyarəni istədiyiniz qədər radara görünməz edə bilərsiniz, amma o, havada yanacaqla təmin edilməlidirsə, düşmən sadəcə tankeri izləyərək onu məhv edə bilər”, – deyə hərbi analitik Frensis Tusa bildirir.


"Tempest” döyüşdə

Tusanın sözlərinə görə, Rusiya ilə müharibə halında, qarşıdurmanın ilk həftəsində "Tempest” Rusiyaya daxil olub hava hücumundan müdafiə sistemlərini və aviabazaları vuracaq.

İkinci həftədə isə, artıq PVO sistemləri təhlükə yaratmadıqda, bu təyyarə ya düşmən qırıcılarını məhv edəcək, ya da yerüstü qüvvələrə dəstək funksiyasını yerinə yetirəcək.

Bu rol üçün təyyarənin hədəflərə çox böyük partlayıcı arsenal yeritməsi gözlənilir – bu arsenalın F-35-lə müqayisədə iki dəfə artıq olacağı ehtimal olunur.

"Tempest”ə daxil edilən texnologiyalar həmçinin ona rabitə mərkəzi kimi fəaliyyət göstərmək imkanı verəcək – hətta Böyük Britaniyadakı bazalarla əlaqə kəsilsə belə. Bu isə onun yaxınlıqdakı dost pilotsuz təyyarələr, raketlər, quru qüvvələri və kosmosdakı peyklərlə əlaqəni koordinasiya edə bilməsi deməkdir.

Avropada silah istehsalı

Bundan əvvəl bildirilmişdi ki, Britaniyada "Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalı yeni sifarişlərin olmaması səbəbilə dayandırılıb. Britaniya hökuməti 2009-cu ildən bu yana yeni təyyarə sifarişi verməyib, Səudiyyə Ərəbistanı və Qətər üçün nəzərdə tutulan ixrac müqavilələri isə hələ təsdiqlənməyib.

Həmçinin qeyd olunur ki, Britaniya ABŞ-dan silah asılılığından qurtulmağı planlaşdırır. Bunun üçün ölkə ərazisində 155 millimetrlik artilleriya mərmilərində istifadə edilən RDX partlayıcı maddəsinin istehsalı üçün konteynerlər tikiləcək.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri