Icma.az
close
up
RU
Britaniya sağ partiyası Robin Qud vergisi təklif edir

Britaniya sağ partiyası Robin Qud vergisi təklif edir

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın sağ yönümlü "Reform UK" partiyası ölkədə vergi sisteminin dəyişdirilməsini təklif edir. Məqsəd - varlı şəxsləri ölkəni tərk etməyə vadar edən səbəbləri aradan qaldırmaq və onları geri qayıtmağa təşviq etməkdir. Partiyanın fikrincə, bu, az gəlirli britaniyalıların vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, tanınmış siyasətçi Naysel Faracın rəhbərlik etdiyi partiyanın təşəbbüsü "Britannia Card" adlandırılır. Lakin media və ictimaiyyət artıq bu təşəbbüsə "Robin Qud vergisi" deyə müraciət edir. Bu barədə "The Guardian" məlumat yayıb.

"Reform UK" layihəsinə əsasən, Birləşmiş Krallıqda rezident statusuna malik olmayan və ya ölkəyə yenidən qayıdan varlı ekspatların büdcəyə bir dəfəlik 250 min funt-sterlinq ödəməsi kifayət edəcək. Bunun müqabilində həmin şəxslər on il müddətində xarici gəlirlərinə və daşınmaz əmlaklarına görə Britaniya vergisindən azad olunacaq, həmçinin birdəfəlik şəkildə miras vergisindən tamamilə azad ediləcəklər.

Partiyanın planına görə, bu yolla toplanan vəsait tam şəkildə aztəminatlı britaniyalıların dəstəyinə yönəldiləcək. Hesablamalara əsasən, əgər ən azı 6 min nəfər "Britannia Card" proqramından yararlansa, dövlət büdcəsinə 1,5 milyard funt-sterlinq daxil olacaq və bu məbləğ 2,5 milyon aztəminatlı britaniyalıya yardım etmək imkanı yaradacaq.

Naysel Faracın sözlərinə görə, belə bir təşəbbüs varlı şəxslərin ölkəni tərk etməsinin qarşısını alacaq. Aztəminatlı vətəndaşlar isə bu proqram vasitəsilə ildə əlavə olaraq 600–1000 funt-sterlinq məbləğində dəstək ala biləcəklər. Dövlət bu vəsaiti ildə bir dəfə az gəlirli britaniyalıların bank hesablarına köçürəcək.

Lakin bəzi mütəxəssislər layihənin ölkə üçün ziyanlı ola biləcəyini düşünür. "The Independent"in sitat gətirdiyi "Tax Policy Associates" təşkilatının nümayəndəsi Dən Neydlın hesablamalarına görə, "Robin Qud vergisi" ölkənin illik gəlirində 34 milyard funt-sterlinqliq azalmaya səbəb ola bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri