Münasibətlərimiz strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir” Səfir
525.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Bu prosesdə prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı konstruktiv dialoq mühüm rol oynayır”.
525.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov
“Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.
Diplomat qeyd edib ki, ortaq tarixi irsimiz xalqlarımızı birləşdir. Onun sözlərinə görə, Böyük İpək Yolu əsrlər boyu xalqlar arasında bilik və mədəniyyət mübadiləsinə şərait yaradıb. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, İbn Sina və Mirzə Uluqbəy kimi görkəmli şəxsiyyətlərin irsi dünya sivilizasiyasının qiymətli sərvətidir.
B.Aşrafxanov elmlər akademiyaları, universitetlər, muzeylər və tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, ortaq tarixi irsin birgə araşdırılmasının və gənc tədqiqatçıların dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, Bakı ilə Daşkənd arasında elmi, mədəni və humanitar əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edib.
"Diplomatiya qapıları açır, elm körpülər qurur, mədəniyyət isə qəlbləri birləşdirir”, -səfir söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Oktyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















