Britaniya və Ukrayna 100 ilik strateji tərəfdaşlıq sazişi imzalayır Detallar açıqlandı AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Key Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 16-da Kiyevdə 100 illik tərəfdaşlığa dair tarixi saziş imzalayacaqlar.
“AzPolitika” xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Sənəd hərbi əməkdaşlığın gücləndirilməsi, silah istehsalı, səhiyyə, təhsil, kənd təsərrüfatı texnologiyaları və kosmos kimi sahələrdə elmi-texniki tərəfdaşlığın inkişafına yönəlib. Bəyanatda deyilir ki, yüzillik tərəfdaşlığı təşkil edən müqavilə və siyasi bəyannamə yaxın həftələrdə parlamentə təqdim olunacaq.
Müqavilə xüsusilə Baltik, Qara və Azov dənizlərində dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdə tutur və Böyük Britaniyanın Ukraynanın enerji sektoru, faydalı qazıntıların çıxarılması strategiyası və yaşıl polad istehsalı üçün üstünlük təşkil edən tərəfdaş statusunu təmin edir. Tərəfdaşlıq həmçinin Rusiyanın işğalçı ordusu tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən oğurlanmış taxılın izlənməsi sxemini işə salacaq.
“Sazişin imzalanması münasibətilə Kiyevdə olan Starmerin Rusiyanın təcavüzü ilə mübarizə üçün Ukraynaya hərbi və maliyyə komponentlərini özündə birləşdirən yeni yardım paketini açıqlayacağı gözlənilir”, - Britaniya hökuməti bildirir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















