Britaniyada 10 yaşlı qızını öldürən ataya ömürlük həbs cəzası verilib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 17 dekabr, AZƏRTAC
Britaniyada 10 yaşlı qızı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük həbs cəzasına məhkum ediliblər.
AZƏRTAC xəbər verir ki, Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb.
Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb. Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət ərzində fiziki zorakılığa məruz qalıb və bu, onun ölümünə səbəb olub.
Hakim cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərinin ağırlığını və uşağın çəkdiyi əzabları nəzərə alıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Dekabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















