Icma.az
close
up
RU
Britaniyada Alzheimer xəstəliyini üç dəqiqəyə aşkar edən üsul tapılıb

Britaniyada Alzheimer xəstəliyini üç dəqiqəyə aşkar edən üsul tapılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Bat Universitetinin alimləri Alzheimer xəstəliyi ilə bağlı yaddaş pozuntularını ilkin mərhələdə müəyyən etməyə imkan verən sürətli EEQ (Elektroensefaloqramma) testi hazırlayıblar. AZƏRTAC xəbər verir ki, bu yenilik “Brain Communications” (BC) jurnalında təsvir olunub.

“Fastball” adlanan metod xüsusi növ elektroensefaloqramma texnologiyasına əsaslanır. Sınaqlarda iştirak edən şəxslərin baş dərisinə beynin elektrik aktivliyini qeyd edən sensorlar bərkidilir. Onlara ardıcıl şəkillər, o cümlədən təkrarlanan təsvirlər göstərilir. Sistem beynin tanış şəkillərə reaksiyasını izləyir.

Bristol Universiteti ilə birgə keçirilən ilkin tədqiqatda 54 sağlam könüllü və yüngül koqnitiv pozuntuları olan 52 nəfər iştirak edib. Əşyaları yadda saxlama qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan amnestik pozuntusu olan pasiyentlərin reaksiyası xeyli zəif olub. Məhz bu kateqoriyadan olan insanlarda Alzheimer xəstəliyinin inkişaf riski daha yüksəkdir.

Müəlliflərin qeyd etdiyinə görə, test cəmi üç dəqiqə vaxt aparır və ev şəraitində tətbiq oluna bilər ki, bu da iştirakçılar üçün stresi azaldır. Hazırda genişmiqyaslı klinik sınaqlar davam edir. Əgər əlavə araşdırmalar zamanı metodun effektivliyi təsdiqlənərsə, yeni test klinik təcrübədə istifadə edilə bilər. Alimlərin sözlərinə görə, bu üsul sayəsində həkimlər xəstəliyi erkən mərhələdə aşkarlaya və ən əlverişli dövrdə müalicəyə başlaya biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri